Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla və sürətlə davam etdirilir.
Adalet.az xəbər verir ki, bu istiqamətdə işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib.
Layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr təşkil edəcək. Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.
Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır.
Bundan başqa inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun həyata keçirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.
Digər Xəbərlər
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35


Bakı -°C

