Qarabağda bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə bu günədək 82 həkim və orta tibb işçisi işlə təmin olunub.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə beş xəstəxana, yeddi Ailə Sağlamlıq Mərkəzi (ASM), iki həkim məntəqəsi, bir poliklinika fəaliyyət göstərir.
Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.
Laçın Mərkəzi Rayon Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.
Digər Xəbərlər

"Varfarin DV"nin ölkəyə idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA

Çin üç növ xərçəngə qarşı yeni dərman hazırladı

Gündə neçə dəqiqə gəzmək oturaq həyat tərzinin zərərlərini azalda bilər?

D vitamini çatışmazlığı dayaq-hərəkət sisteminə necə təsir edir?

Bu mərkəzdə plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılır

Azərbaycanda plastik cərrahiyyə üçün ayrıca mərkəz yaradılsın - TƏKLİF

Sağlamlığa yüngül zərər vuran tibb işçiləri cərimələnəcək
