“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır
"Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır.
Adalet.az-ın məlumatına görə, bunu "Karabakh Operating Company” şirkətinin baş direktoru Tahir Dadaşov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.
O bildirib ki, layihə üzrə işlər "Wood Group” şirkəti tərəfindən həyata keçirilir:
"İşlər tam sürətlə davam edir. Mühəndis mərhələləri başa çatdıqdan sonra dayaq blokunun tikintisi başlayacaq. Mühəndis işlərinin bir hissəsi artıq başa çatıb”.
O, həmçinin qeyd edib ki, "Qarabağ” yatağının dayaq blokunda neft hasilatı 2022-ci ilin sonunadək başlayacaq.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44