adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Sentyabr 2018 11:15
5745
GÜNDƏM

QARABAĞ XANLIĞI-270, STEPANAKERT-95

Ermənilər Xankəndininadını dəyişdirib Stepanakert qoyulmasının95 illiyini böyük təntənə ilə qeyd etdilər. Şaumyanın heykəlini gülə-çiçəyə tutdular.Xarici ölkələrdən də qonaqlar gəlmişdi, yemək-içmək, çal-oynasın, vur çatlasın.

Bu şəhəri1750-60-cı illər arası Pənah xan salmışdı. Düz 73 il sonra adını dəyişib Şaumyanın xatirəsinə Stepanakert qoydular. İndi də 95 illiyiniqeyd edirlər.

Qarabağ xanlığınınyaranmasının 270 illiyidi, o qədər sükut var ki, bu barədə sanki elə bir xanlıqolmayıb. mətbuat susur, televiziyalar susur, QHT-lər susur.

Canım-gözüm Tarixİnstitutu, bəlkə heç olmasa bir konfrans keçirəsiniz?! Mümkünsə ey, mümkün deyilsə…

Bir də görəcəksiniz ermənilər Qarabağ xanlığının yubileyinikeçirir və deyir ki, xanlığın əsasını da biz qoymuşuq. Özü də Qarabağ xanı Pənah xan yox, Məlik Şahnəzərovdu.Sonra başlayacaqsınız ki, həyasız ermənilər tariximizi oğurlayıb. Sən sahib çıxmayandabaşqası sahib çıxa bilir.

Nə isə, Allah şeytanalənət eləsin!.