adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Sentyabr 2019 09:14
13983
GÜNDƏM

Qarabağ üçün alınacaq silahın pulunu Yuqoslaviyada kim oğurlayıb? – Yoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİX

1991-ci ildə Qarabağda vuruşan azərbaycanlıkönüllülərə Avropanın qaçaqmalçılarından silah alınması üçün nəzərdə tutulankülli miqdarda pul oğurlanıb.

Azpost.infobildirirki, bu barədə Daxili İşlər Nazirliyinin Banditizm və Terrorizmə qarşı Xüsusiİdarəsinin sabiq rəhbəri, istefada olan polkovnik Nizami Musayev bir neçə iləvvəl azeritoday-a verdiyi müsahibəsində açıqlayıb.

Qeydedək ki, peşəkar kaskadyor olan Nizami Musayev həmçinin kinorejissor olub. Onunrejissoru olduğu "Lətifə” filmi 80-ci illərdə məşhur idi. Daha sonraAzərbaycanda milli –azadlıq hərəkatına qoşulan N. Musayev AXC hakimiyyətizamanı DİN-də çalışıb.

Uzunillər qapalı həyat yaşayan N. Musyaev 4 il əvvəl ictimaiyyətə açıq olub. Bumüsahibədə o, 90-ların əvvələrində Azərbyacanda baş vermiş ictimai-siyasiproseslərdən danışıb, şahidi olduğu hadisləri şəh edib.

90-cı illərin əvvələrində Qarabağda gedən hərbi əməliyyatlarbarədə danışan N.Musayev maraqlı bir hadisəni açıqlayıb. O, Qarabağda döyüşənazərbaycanlı könüllü döyüşçülər üçün silahların necə əldə edilməsindən sözaçıb.

N.Musayevinsözlərinə görə, erməni silahlı dəstələrinə qarşı döyüşənlər üçün silah – sursatrespublikada yerləşən sovet ordusundan əldə olunurdu. "Demək olmaz ki, bu zaman iş yalnızzorla həll olunurdu. Silahın əhəmiyətli hissəsi razılaşma yolu ilə, yaxud da"hərbi hissəni ələ keçirmə” imitasiyası nəticəsində əldə olunurdu”.

N.Musyaevbu zaman xaicdən silah alınmasına cəhdlərin olunduğunu deyib. Onun sözlərinəgörə, xaricdən silahla bağlı belə alqı-satqı yalnız dövlət strukturlarınıniştirakı ilə mümkün idi.

Buzaman N.Musayev haqqında qeyd etdiyimiz hadisəni danışıb.

Onunsözlərinə görə, dövlət strukturunun göstərişi ilə "Azərbaycanfilm”in direktoru,məşhur rejissor Ramiz Fətəliyev Türkiyədə öz əlaqələri vasitəsi iləYuqoslaviyadan silah almaqla bağlı razılaşma əldə edibmiş.

Söhbətböyük partiyada olan avtomatların alınmasından gedir. Həmin sövdələşməni ozaman Neftayırma Zavodunun direktoru olan, Milli Məclisin sabiq spikeri RəsulQuliyev maliyyələşdirıb. Məsələnin texniki və maliyyə tərəflərini həlletmək "Azərbaycanfilm”in kommersiya şöbəsinin direktoru Rövşən Məmmədovatapşırılıb. R.Məmmədov o zaman üçün az adamın başı çıxdığı valyutaəməliyyatlarını bacarırımış. "Busövdələşmə dövlət əhəmiyyətli idi və buna görə məxfi saxlanılırdı. Hətta Ramizbu barədə mənə ən son mərhələdə, ümumi şəkildə məlumat verdi”–deyə N.Musyaev bildirib.

Bundansonra baş verənlər əhvalatın maraqlı məqamlardır. Beləliklə Sarayevodan gələcəksilah partiyasının yerləşdirilməsi üçün hazırlıqlar başlanır: "Ramiz gecə Türkiyədən mənə zəng vurdu.Dedi ki, bu gün Sarayevodan malın birinci partiyası yola düşür, yükləmə gedirvə təyyarə gecə Bakıda olacaq. Mən kinostudiyaya məxsus bir neçə yük maşınınıhazırlamalı və hava limanına gəlməli idim”.

Buradaciddi bir problem ortaya çıxır. R. Fətəliyevin N.Musayevə verdiyi məlumatdanaydın olur ki, Prezident Ayaz Mütəllibovun hakimiyyəti silah Bakıya gələnkimi onu hərbi anbarlara yerləşdirməkdən imtina edir. Yük isə havalimanında qala bilməzdi. Hakimiyyət rəsmiləri absurd bir qərar qəbul edirlər:Silahlar kinostudiyanın həyətinə daşınsın, bundan sonra lazımı göstərişləri gözləsinlər.

Yükümüşayət etmək üçün milis mühafizəsi belə ayrılmır.

N.Musayevdaha sonra deyir:"Buvəziyyət Ramizi bərk narahat edirdi. Onun səsindən necə həyəcanlı olduğu hissolunurdu. O mənə başqa variant olmadığını deyərək yükü qəbul etməyi və sabahıgözləməyi təklif etdi. Mən əlimdən gələni edəcəyimi dedim. Maşınlarıhazırladım. Bu vaxt AXC İdarə Heyətinin üzvü olan İsgəndər Həmidov ( sabiq DİNnaziri –red) zəng vurdu və təcili evə gəlməyimi istədi. Mən gəldim. İsgəndərdedi ki, hakimiyyətin dəstəyi ilə gecə Bakıya böyük partiyada silah gətiriləcək.Onda dəqiq informasiya var ki, hava limanından çıxarkən yolda maşınlara hucumimitasiyası olunacaq. Silahlar "Qardaşlıq” cəmiyyətinin sərəncamına keçəcək.Milis işə qarışmayacaq. Yarımleqal təşkilat olan "Qardaşlıq” hakimiyyəttərəfindən yaradılmışdı. Onun fəaliyyətini Bakı şəhər icra hakimiyyətininbaşçısı Rüfət Ağayev kurasiya edirdi. Rəhbəri deputat Ağa Axundov idi”.

N.MusyaevHəmidova bu silah sövdələşməsi barədə Fətəliyevdən bildiklərini söyləyir vəyükü özünün və dostlarının müşayət edəcəyini açıqlayır. İsgəndər Həmidovmüşayətçi komandanı iki yerə bölməyi məsləhət görür və qrupun maksimumgücləndirmək lazım olduğunu vurğulayır:"Mənimlə birgə hava limanına jurnalist Elçin Səlcuq(Azadlıq qəzetindən) və onun iki həmkarı gedəcəkdi. Plana görə, yük gəldikdənsonra heç kimi xəbərdar etmədən marşrutu dəyişərək Əzizbəyov milsi idarəsinəgetməli idik, orada jurnalistlərin iştirakı ilə bu mühüm dövlət yükü barədəbəyanat verməli idik. Həmin zaman da İsgəndər dövlət orqanları ilə əlaqəsaxlayaraq rəsmi mühafizə tələb edəcəkdi”.

Bütünplan hazır olduqdan sonra Türkiyədən Ramiz Fətəliyev zəng vurur və bildirir ki,bütün işlər təxirə salınır: "Ramizdedi ki, Sarayevodan həmin Rövşən Məmmədov ona zəng vuraraq bildiribki,”satıcılar” təyyarə uçmamışdan əvvəl beh tələb edirlər. Bu məbləğ isə bütünödənilməsi nəzərdə tutulan məbləğin tən yarısı idi. Sonrakı günlərdə aparılanağır danışıqlarda həmin Rövşənin təkidi və vədləri ilə biz maksimal ödənişietməyə razı olduq. Sxem belə idi: Pul Rövşən Məmmədovun adına açılmış xüsusihesaba köçürülür, təyyarə yüklə uçan kimi o pulu silah qaçaqmalçılarınıngöstərdiyi hesaba köçürür.”

Sxemheç kimdə şübhə doğurmur. Rövşən etibar edirdilər, onun qoca, xəstə anası,ailəsi hamısı Bakıda yaşayırdı.

YalnızRəsul Quliyev bu sxemin əleyhinə çıxır. Amma sonda Rövşən hamını inandırır ki,alternativ variant yoxdur. R. Quliyev də razılaşmalı olur. Rəsul QuliyevinRövşənlə yox, silah satan alverçilərlə bağlı şübhəsi vardı.

Beləlikləvalyuta Rövşən Məmmədovun hesabına köçürülür.

Bundansonra R. Məmmədov aradan çıxır:"Buəclaf pulları bankdan götürüb yoxa çıxdı. Ramizin vəziyyətini xatırlayıram. Gözyaşları içində kabinetdə oturmuşdu. Mən ona təsəlli vermək istədim. Dedim ki,"hamı sizin günahsız olduğunuzu bilir, hər şey aydın olar”. O kəskin şəkildəmənə "sən axmaqsan?” Sən elə bilirsən mən məsuliyyət daşımağa görə qorxuram?Mən çox utanıram, çox pis olmuşam, başa düşürsən Nizami” dedi.

Bu əclaf torpağı qorumaq üçün almaq istədiyimizsilahın pullarını oğurlayıb qaçmışdı. Belə yaramazalar üçün millət, Vətənanlayışı yoxdur. O, öz aiəsini belə taleyin hökmünə buarxıb qaçdı – qoca, xəstəanasını, uşaqlarını…”

RövşənMəmmədovu o zaman DİN xətti ilə rəsmi axtarışa versələr tapa blməyiblər. N.Musayev DİN-ə məsul vəzifəyə təyin olunduqan sonra onu axtarıb: "Mən DİN-də işləyəndə öztəşəbbüsümlə bu axtarışı İnterpol vasitəsi ilə yenilədim. Müəyyən edə bildikki, o bir müddət Kiprdə yaşayıb. Sonra onun izləri İsraildə itib-batdı. Nəsəaydınlaşdrmaq mümkün olmadı”-deyə istefada olan polkovnikkədərli şəkidə deyib.

SSRİ-ninhələ mövcud olduğu bir məqamda beynəlxalq silah qaçaqmalçıları ilə əlaqə sovetdövlətinin süqutunun və geopolitik güclərin maraq savaşını aydın göstərir. Bubaxımdan "Azərbaycanfilm”in şöbə müdirinin pul oğurluğu bu prosesin fəsadlarındansayıla bilər.