“Qarabağ qaziləri” Bakıya qayıtdı
Yanvarın 3-də Türkiyənin veteranlardan ibarət "Türk Silahlı Qüvətləri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirmiş Azərbaycanın "Qarabağ qaziləri” amputant futbol federasiyasının əlillərdən ibarət komandası bu gün Bakıya dönüb.
Adalet.az xəbər verir ki, fedarasiyanın rəhbəri Rövşən Akif oğlu və qazilər daha sonra Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi” abidəsidə ziyarət edilib
Təntənəli qarşılaşnma mərasimində "Qarabağ qaziləri” amputant futbol federasiyasının rəhbəri Rövşən Akifoğlu bildirib ki, biz daima Ali baş komandanın tapşırıq və tövsiyələrini ürəklə əməl edir , bu yolda addımlayırıq
Ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək deyib ki, Ankarada "Altındağ” stadionunda keçirilən oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.
Azərbaycan komandası səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət "Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd olunub ki, Türkiyədə səfərdə olan Azərbaycanın "Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri daxili işlər naziri Süleyman Soylu ilə də görüşüblər.
Vurğulanıb ki, "Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Ulu Öndərin Ankaradaki abidəsini və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36