“Qarabağ” - “Neftçi” oyununun biletləri sabah satışa çıxarılacaq
Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək "Qarabağ” - "Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Adalet.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.
Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya "Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlayacaq.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06