Qarabağ münaqişəsinin həllində razılıq olacaqmı?
"Bu gün Soçidə Türkiyə prezidenti R.T. Ərdoğanla Rusiya prezidenti V.Putin görüşür. İki lider, dövlətlər arası siyasi-iqtisadi və Suriyadakı məsələri müzakirə edib, ortaq siyasi mövqeyə gələcəyi şübhəsizdir”.
Bunu adalet.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, iki ölkə liderinin Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparacağı, ammakonfliktin həlli ilə bağlı hər hansı bir irəlləyişin olcağı gözlənilmir: "Rusiya ümumiyyətlə münaqişənin həllində indiki situasiyada hazır deyil. Cənubi Qafzazda hazırda Azərbaycanın maraqlarına uyğun olaraq geosiyasi lahiyələr həyata keçirilib. Geoiqtisadi lahiyə olan Bakı-Tibilisi - Qars dəmiryolu Rusiyadan yan keçməklə regionda Rusiyanın təsirinin qarşısın almağa hesablanıb. Bundan əlavə "Cənubi Qaz " dəhlizi -"TANAP" qaz lahiyəsi, Moskvanın Avropada qaz bazarına alternativ olaraq çəkilir.Göründüyü kimi, Rusiyanın qaz və nəqliyyat sahələrinə alternativ olan bu lahiyələrin əsas iştirakçısı olan Azərbaycana qarşı Rusiya Qarabağ münaqişəsində güzəştə getməyəcək. Sadəcə Ərdoğanla geniş spektrdə danışıqlar aparsada, nəticə etibarı ilə Qarabağ konflikti gələn il üçün aktual olaraq qalacaq.
Nəzərə alaq ki, gələn il Azərbaycan və Rusiyada prezident seçkiləri keçiriləcək. Ermənistanda isə, hakimiyyət strukturlarında dəyişilik gözlənilir. Üç ölkənin siyasi sferasında gözlənilən seçkilərə nəzər saldıqda görünür ki, Qarabağ danışıqlarında müsbət irəlləyiş gözlənilmir”.
Ədil
Digər Xəbərlər
05 May 2024 19:47
"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04