"Qarabağ" "Kopenhagen"lə oyundan əvvəl azarkeşlərə müraciət etdi

"Qarabağ" Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb:
"Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Digər Xəbərlər

UEFA Trampın planından sonra həmin səsverməni dayandırdı

III MDB Oyunları: Azərbaycan voleybolçuları qələbə qazanıblar

"Fənərbağça" Tedesko ilə bağlı qərarını verdi

"Səbail" braziliyalı futbolçunu transfer etdi

"Yaxşı hazırlaşmışıq" - Andrade

"İnanıram ki, futbolçularımız azarkeşləri sevindirə biləcəklər" - Qurban Qurbanov

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
