"Qarabağ Azərbaycandır!" - Ersin Tatar
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının fəal və uğurlu şəkildə bərpası Şimali Kipr Türk Cümhuriyyəti üçün də qürur mənbəyidir. Qardaş ölkənin azad edilmiş əraziləri qısa bir müddətdə, yəni cəmi beş il ərzində inkişaf meydanına çevrilib ki, bu da Azərbaycan xalqının qardaşım Prezident İlham Əliyevin rəhbərliyi altında atdığı birgə addımların nəticəsidir.
Adalet.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Şimali Kiprin lideri Azərbaycan Prezidentinə və ECO Katibliyinə Xankəndidə keçirilən Zirvə görüşünə dəvət üçün səmimi təşəkkürünü bildirib.
“Belə mötəbər Zirvə görüşünün tarixi və qədim Azərbaycan şəhəri Xankəndidə təşkil edilməsi bizim üçün xüsusi məmnunluq doğurur. Qarabağ – Azərbaycandır!”, – deyə 2012-ci ildən bəri ECO-da müşahidəçi statusuna malik olan ŞKTC Prezidenti vurğulayıb.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

