adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2019 14:21
8769
SİYASƏT

Qarabağ Azadlıq Təşkilatı mitinqə hazırlaşır


QarabağAzadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib.Adalet.azın aldığı məlumata görə, İdarə heyətinin toplantısından sonra ümumiyığıncağın iclası baş tutub. Gündəlikdə dayanan məsələlər aşağıdakılar olub:

1. Təşkilati məsələlər,

2. 16 fevral mitinqinin müzakirəsi,

3. Qərarların icrası vəziyyəti,

4. İctimai dinləmələrin keçirilməsi,

5. Cari məsələlər.

Komitə 16 fevral mitinqinə hazırlıqların necəgetdiyi haqqında müzakirələr apardı. Qərara gəlindi ki, 16 fevral mitinqinəciddi hazırlıqlara başlanılsın və mitinqə icazə verilərsə, 30.000 adamınmeydana gəlməsi üçün lazım olan bütün addımlar atılsın.

Gündəlikdə dayanan digər məsələlər, Gürcüstandaqatil erməniyə qoyulan abidə və Komitənin ötən mitinqlər haqqında məhkəməproseslərindən məlumat verildi. Qərara gəlindi ki, məhkəmə prosesləri Avropa Məhkəməsinəqədər aparılsın.

Taleh Əliyevin sədrlik etdiyi iclasdakı müzakirələrdəAkif Nağı, Pənah Hüseyn, Barat İmani, Tural Abbaslı, İsgəndər Həmidov, ŞakirAbbasov, Südeyif Sadıqlı, Əvəz Zeynallı, Ramiz İbayev, Cəfər Baxış, ƏlövsətSadıqlı, Nəsimi Dadaşlı, Yusif Süleymanlı, Aytəkin İmranova və digərləriçıxışlar edib, fikirlərini bildirdilər.