adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Oktyabr 2017 17:01
12594
İDMAN

«QARABAĞ»- «ATLETİKO» OYUNUNA NİYƏ AZ BİLET SATILIB?

«Roma»ilə oyuna bir həftə qalmış demək olar ki, bütün biletlər satılıb qurtarmışdı. Bəs, indi nə oldu?

Əvvəla,biletlər çox az sayda kassalarda satılır, adamlar nə qədər növbədə durar axı? Yəni bu kassaların sayını artırmaq o qədər çətindirmi?

İkincisi,ən əsas problem də təşkilatçılıq problemidi. İnsanların gözü «Roma» ilə oyundansonra çəkdikləri zülmdən qorxub. Qaldılaryağışın altında, «Bakubus» üzərinə düşən vəzifəni yerinə yetirmədi. Sonra da müxtəlif təşkilatlar günahı bir-birinin üstünə atdı.

Oyununbaşlamasına bir həftə qalıb, amma hələ də təşkilati məsələlərdən xəbər yoxdur.

Bəzəndə təşkilatçının zəif olmasının günahını «Qarabağ»da görürlər. «Qarabağ» futboloynasın, yoxsa azarkeşləri daşımaqla məşğul olsun?

Hələgec deyil. Hörmətli təşkilatçılar, heç olmasaazarkeşlərə bir ümid verin.

Əzizazarkeşlər, siz də pirlərə nəzir verin ki, yağış yağmasın.