adalet.az header logo
  • Bakı -°C
08 Mart 2026 09:59
77
İDMAN
A- A+

"Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək

Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.

Adalet.az xəbər verir ki, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq.

Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

"Qarabağ" 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur.