Qar Qusara düşmədi - 3 elektrik dirəyi aşdı
Qusar rayonunun dağlarına yağan güclü qar 3 elektrik dirəyini aşırıb.
Qarın yağması nəticəsində meşə ağacları qarın ağırlığına dözməyərək elektrik dirəklərinin üzərinə aşıb. Hazırda Qusarın Urva kəndində 560 yaşayış evi işıqsız qalıb. Hadisə bu gün saat 15 radələrində qeydə alınıb.
Bununla bağlı Qusar rayon Urva kənd İcra nümayəndəliyi "Azərişıq" ASC-nın Xaçmaz Regional Mərkəzinə məlumat verib. Dərhal hadisə yerinə gələn elektrik işçiləri dirəklərin üzərinə düşən ağacları ərazidən təmizləyiblər. "Azərişıq" nümayəndələri indi Urva kəndinə gedən yüksək gərginlikli elektrik xətlərini təmir edirlər.
Hazırda həmin ərazidə olan Urva kənd İcra nümayəndəsi Suləddin İskəndərov
"Report"a açıqlamasında bildirib ki, yaxın 1 saat ərzində elektrik enerjisinin verilişi təmin olunacaq. "Azərişıq" əməkdaşları tərəfindən elektrik dirəkləri yenidən bərpa edilir."

Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27