adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Yanvar 2017 12:21
10016
DÜNYA

Qar İstanbulu iflic etdi

İstanbulda yağan güclü qar şəhərdə ciddi problemlər yaradıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ictimai nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb, İstanbul boğazı gəmilərin keçidinə bağlanıb. İstanbulda təsirli olan qar yağışı səbəbindən Türk Hava Yolları Atatürk və Sabiha Gökçen Hava Limanından edəcəyi 500 reysi ləğv edib.

Atatürk Hava Limanına enməsi lazım olan 70 təyyarə reysi isə başqa şəhərdəki hava limanlarına yönəldilib. Fırtına və çovğun səbəbindən sərnişin və gəzinti gəmilərinin hərəkəti dayandırılıb. Orta və ümumtəhsil məktəblərində iki gün tətil elan olunub.