Qanun layihəsi hökumətə təqdim olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi hazırlayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, "Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həllini nəzərdə tutan qanun layihəsi müvafiq dövlət orqanları ilə razılaşdırılaraq baxılması üçün hökumətə təqdim olunub.
Qanun layihəsi dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, idarə edilməsi və təhlükəsizliyinin təmin olunmasının əsas meyarları, inteqrasiyası və ləğvi ilə bağlı məsələləri əhatə edir. Həmçinin layihədə dövlət informasiya sistemləri və ehtiyatları subyektlərinin hüquq və vəzifələrinin əsasları müəyyən olunur, onlar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair təkliflər yer alır.