adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 May 2020 14:02
24238
DÜNYA

Qanlı Liviya savaşı

Liviyada sonbir həftədir ki, davam edən döyüşlərdən sonra Liviya Milli Ordusunun başçısı, XəlifəHəftar ağır məğlubiyyətə uğrayıb. Faiz Saracın rəhbərlik etdiyi Milli Birlik Hökumətinindöyüşçüləri Əl-Batiya bazasını ələ keçiriblər. Paytaxt Tripolidən 140 kilometrcənub-qərbdə yerləşən bu nəhəng hərbi-avisiya bazası 2014-cü ildən Həftarınnəzarətindəydi və ordan daimi olaraq paytaxt Tripoli hava zərbələrinə məruzqalırdı.

Həftara sadiqqüvvələr xeyli sayda hərbi texnika və sursatı bazada buraxaraq tələm-tələsikoranı tərk ediblər. Təbii ki, söhbət xırda-para texnikadan yox, Rusiyaistehsalı olan Pançir- С1 özüyeriyən zenitraket-top komplekslərindən, Mİ-35M vertolyotlarından, "Krasuxa”radioelektron döyüş sistemlərindən və s.ibarət bütöv bir hərbi arsenaldan gedir.

Qəddafinin2011-ci ildə devrilməsindən sonra Liviyada başlayan vətəndaş müharibəsi bugünədək bitmək bilmir. Ölkənin müxtəlif bölgələrində faktiki olaraq beş-altı seperatçı muxtarqurumlar və şəhər-dövlətlər elan olunub. Əsas hərbi siyasi gücsə Liviyanınböyük hissəsini öz təsir təsir dairəsinə alan Liviya Milli Ordusuyla, Tripoli vəətrafını nəzarətdə saxlayan Milli Birlik Hökumətinin əlində cəmlənib.

Beynəlxalqbirliyin də Liviyaya münasibəti elə ölkənin daxili vəziyyətinə uyğun olaraqpərən-pərəndir. BMT, AB, Türkiyə Tripoli hökumətini dəstəkləsə də, Rusiya,Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s. Həftarıntərəfindədir. ABŞ nə əcəbsə, hələlik, neytrallıq nümayiş etdirir. Yəqin, dəqiqbilir ki, hansı qüvvə üstün gəlsə sonda ozününkü olacaq.

Bu ilinyanvar ayında Angela Merkelin təşəbbüsüylə Berlində Liviyayla bağlı böyükkonfrans keçirildi. Bundan bir həftə əvvəl isə döyüşən tərəflər Rusiya vəTürkiyə xarici işlər nazirlərinin iştirakıylabir araya gəlsələr də, həmin görüş nəticəsiz qurtarmış, Həftar heç bir sənədəimza atmadan Moskvanı tərk etmiş,bununla da, Berlin konfransı ərəfəsi nizamlama prosesini öz təsir dairəsindəsaxlamaq istəyən Putinin və Ərdoğanın planları pozulmuşdu. Hərbi əməliyyatların yenidən alovlanması vəƏl-Batiya bazası ətrafında baş verənlər göstərdi ki, Berlin konfransında ənaparıcı dövlət başçılarının imzasıyla qəbul edilən uzun və təmtəraqlı yekunsənədində göstərilən müddəaların da gerçəkləşməsi ehtimalı üfüqlərdə beləgörünmür.

ƏrdoğanınUkrayna səfəri zamanı Ukraynanın ərazi bütövlüyü və Krım tatarlarıyla bağlıverdiyi açıqlamalar, onsuz da, kövrək olan Türkiyə-Rusiya münasibətlərində çatyaratmışdı. Bu çatın gündən-günə böyüdüyü bir şəraitdə Liviyayla bağlı meydanaçıxan kəskin fikir ayrılıqları göstərir ki, artıq iki ölkə arasındakımünasibətlər yavaş-yavaş öz ənənəvi tarixi məcrasına qayıtmaqdadır.

Suriyadakıproseslər birbaşa Türkiyənin təhlükəsizlik məsələsi olduğuna görə Ərdoğan ordabaş verənlərə görə hətta NATO müttəfiqləriylə belə sonadək dirəşməkdə haqlıydı.Liviya məsələsində ənənəvi müttəfiqlərlə ortaq mövqe, şübhəsiz ki, həmingərginliyin yumşaldılmasına kömək edəcək. Yeri gəlmişkən, Türkiyə rəhbərinin FaizSəracı müdafiə etməsi təkcə Milli Birlik Hökumətinin beynəlxalq birliktərəfindən tanınması amiliylə yox, həm də ideoloji, konkret desək, onun islamçıqüvvələrlə koalisiyada olmasıyla bağlıdır.

Ancaq RusiyanınSuriyadan heç cür vaz keçmək istəməməsinin, ordakı rejimin müdafiəsi üçünölüm-dirim savaşına qalxmasının həmin ölkədə yerləşən iki hərbi bazasınınmövcudluğu kimi geostrateji, Əsəd sülaləsiylə tarixi-ideoloji bağlılıq kimiözəl səbəbləri olsa da, Putinin ilin-günün bu vaxtında Liviyadan niyə belə ikiəlliyapışdığını heç rus analitiklərinin özləri də izah eləyə bilmirlər.

Son vaxtlardöyüş meydanındakı mövqelərini ard-arda itirməyə başlayan Həftarın ağırƏl-Batiya məğlubiyyətindən sonra Ərdoğanla Putin arasında baş tutan telefonsöhbətində atəşkəsin tezliklə dayandırılması və Berlin konfransınınmüddəalarına uyğun olaraq qarşıduran tərəflərin dialoq masası ətrafındaoturmalarının vacibliyi xüsusi olaraq vurğulanıb. Lakin Türkiyə prezidentinin"Vaqner” qrupunun fəaliyyətiylə bağlı söylədiyi iradlar göstərir ki, telefondanışığı heç də tam anlaşma şəraitində keçməyib.

Guya ticarətgəmilərini dəniz quldurlarından müdafiə eləmək məqsədilə yaradılmış və 2013-cüildə Qonkoqda özəl hərbi şirkət kimi qeydiyyatdan keçmiş bu "Vaqner” qrupunun, əslində, Kremlin cəzadəstəsi olduğu artıq heç kimə sirr deyil. Qrupun Ukrayna və Suriyadakı hərbimünaqişələrdə iştirak etməsi, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahıtərəfindən idarə olunması ilə bağlı dünyaKİV-lərində kifayət qədər təkzibedilməz sübutlar dərc olunub. Odurki,rəsmi Anqaranın Suriyadan yaxşı tanıdığı həmin hərbi birləşmənin Liviyadapeyda olmasından dərin narahatlıq keçirməsini təbii saymaq lazımdır.

Hazırda russilahının və hətta özəl şirkətin çətiri altında olsa da belə, rus əsgərininLiviya münaqişəsində iştirakı Rusiyanın özündə də birmənalı qarşılanmır. Özü dəsöhbət heç də ekspertlərdən və ictimaiyyətdən yox, ali dövlət qurumlarınınrəhbərlərindən gedir. Bəziləri elə hesab edirlər ki, Putinin şaquli tabeçilik,sovet terminologiyasıyla desək, sərt "demokratik mərkəziyyət” prinsipiylə qurduğuidarəçilik sistemi çat verməyə başlayır. Çünki Sergey Şoyqunun rəhbərliyindəkimüdafiə nazirliyi, nəyin bahasına olursa olsun, Həftarın tərəfində olsa da, rejiminəvəzedilməz xarici işlər naziri S. Lavrov bu mövqeyə o qədər də isti yanaşmır. Birtərəfdə Şoyqu marşal (onun bu boyda rütbə sahibi olması da bir ayrı dərddir) Həftarlagörüşür, digər tərəfdə Lavrov onun əleyhinə sərt bəyanatlarla çıxış edir. Əsl"tazıya tut, dovşana qaç” demək siyasətidir, bir az da konkret olsaq, Putinin sözdəLavrovu, əməldə Şoyqunu dəstəkləməsinin nəticəsidir. Çünki indiyə kimi nə Kremlsahibinin öz nazilərinin fərqli mövqeyinə dözəcək qədər zəiflədiyini, nə də həminnazirlərin müstəqil mövqe sərgiləyəcək qədər güclənib cızıqlarından çıxdıqlarınısübut edəcək başqa informasiyalara sahib deyilik,.

Putinin Liviyadakı proseslərə neytral yanaşdığını, "Vaqner” qrupunun ordaolub-olmaması barədə heç nə bilmədiyini dəfələrlə açıq şəkildə bəyan etsə də,onun bu sözləri heç yerdə ciddiyə alınmır, siyasi kuluarlarda, kobud desək, "ağyalan” kimi qəbul edilir. Odur ki, "şaquli idarəçilik sistemində çat yaranıb”iddiaları boş xülyadan başqa bir şey deyil. Lavrov da onun sözünü deyir, Şoyquda onun istədiyini edir. Bunun sübutu da elə hökumətə yaxın olan rus mətbuatınınözündədir. Təsadüfi deyil ki, son günlər, yəni, Putin münaqişəylə bağlıneytrallığını bəyan edəndən sonra həmin KİV-lərdə"Vaqner” qrupunun cəbhə xəttindən geri çəkilməsi, Həftarın artıq onlarınmuzdunu ödəməməsi, buna paralel olaraqsa rusların Səracla münasibətlər qurmasıbarədə informasiyalar yayılmağa başlayıb.

RusiyanınLiviyaya yönəlik siyasətinin dalana dirənməsinə səbəb olan amillər, şübhəsiz,bambaşqadır. Məşhur Münhen nitqindən sonra dünyanın başağrısına çevrilməyəbaşlayan Putin Rusiyasının heç də Sovetlər Birliyi olmadığını və onun innənbelə bu cür monstra çevrilmək potensialının çoxdan tükəndiyini, Rusiyatəhlükəsinin ən azından dünya nizamını köklü şəkildə dəyişməyə qadir olmadığınıQərbdə çox yaxşı bilirlər. Hətta Həftarqələbə çalsa belə sonda Qərbin adamı olacaq. Ukrayna, Suriya bataqlığındailişib qalan Rusiyanın Liviyada nəyəsə nail olacağına inanmaq sadəlövhlükdənbaşqa bir şey deyil. Bunu Qərblə yanaşı, elə Rusiyanın özündə də bilməyənyoxdur. Ancaq buna baxmayaraq bu gün həm Qərb, həm də Kremlin özü Rusiyanındünya siyasətindəki rolunun şişirtməyə çalışırlar. Qərbə bu öz əzəli və əbədirəqibini tam zəiflədib sıradan çıxartmaq, Rusiyaya (oxu: Putinə) isə ölkəictimai fikrini daxili problemlərdən yayındırıb hakimiyyətinin ömrünü uzatmaqüçün lazımdır. Rusiya artıq yalnız SSRİ-dən qalma halal mirası kimi yanaşdığıvə özünün peyk dövlətləri saydığı yaxın qonşularına təhlükə törətməksəviyyəsinə qədər zəifləyib.

Yuxarıda qeydetdiyimiz kimi Avropa Birliyi Liviyadakı vətəndaş müharibəsində birmənalıolaraq Milli Birlik Hökumətini tanıyır. Bu günlərdə birliyin xarici siyasətidarəsinin başçısı Jozep Borrel Faiz Səracla telefon söhbətində bu mövqeyi birdaha konkret ifadə edib və gələcək əməkdaşlıq istiqamətləri barədə fikirmübadiləsi aparıb. AB Irinin yeni yeni əməliyyatlarından danışıb.

İrini (yunancadan tərcümədə sülhdeməkdir-red.) Berlin kinfransından sonra Avropa birliyinin Aralıq dənizivasitəsilə Liviyaya qanunsuz silah daşınmasının qarşısını almaq üçün başladığıvə gələn ilin martın 31-ə kimi davam edəcək kompleks əməliyyatlarının kod adıdır.Məqsəd hava, dəniz qüvvələri və peyklər vasitəsilə münaqişə bölgəsi üçünnəzərdə tutulmuş silah embaqrosunu həyata keçirməkdir. Bundan əlavə İrininmandatına Səracın nəzarətində olan sahil xidmətinin gücləndirilməsi, silah vəmuzdlu döyüşçü qaçaqmalçılığı haqqında informasiyalar toplamaq, bu cür hallarınqarşısını almaq, qanunsuz neft daşımaları haqqında məlumat toplamaq və s. buqəbildən olan məsələlər daxildir.

***

Liviyaböhranının nə qədər davam edəcəyini bilən bir kimsə yoxdur. Dünyanın bütünaparıcı dövlətlərinin, BMT, AB və daha neçə təşkilatın bu böhranı nizamlamaqyolundakı cəhdləri, hələ ki, səmərə vermir. Adətən, belə münaqişələrdəndanışarkən "Qərbin və ya hər hansı güclü dövlət(lər)in barmağı” tezisi əsasarqument kimi səsləndirilir. Hərçənd, yuxarıda da gördüyümüz kimi dünyadövlətlərinin əksəriyyəti nizamlam variantında yekdil görünür, konkret şəkildəMilli Birlik Hökumətinin tərəfini saxlayır. Həftara rəğbət bəsləyən rəsmi Kremldə öz mövqeyində qətiyyətli görünmür, hətta tez-tez bu məsələdə ABŞ kimineytral olduğunu söyləməkdən də çəkinmir. Liviya Milli ordusunu dəstəkləyənMisir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərsə dünyasiyasətində söz sahibi deyillər, ən azından həmin ölkələrin pultu okeanın otayındadır.

Bəs, prosesniyə normal məcrasına düşmür? Bəlkə, Yaxın Şərqi bürüyən bu təlatümlərin, qanlıboğuşmaların səbəblərini bir az da elə Yaxın Şərqin özündə, ordakı əhalinin vəonun başbilənlərinin şüur səviyyəsində, mental keyfiyyətlərində axtaraq? Dünya dağılmaz ki?!

M. Məmmədov