adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Avqust 2020 14:44
78685
MÜSAHİBƏ

Qandaşımla müsahibə

İllərdir ki, mənə xitab edəndə "Qandaşım” deyir və doğrusu, bu müraciətdən çox xoşumgəlir; fərqli və gözəl səslənir.Niderlanda gəldiyimin ilk illəri idi, yeni-yeni fəaliyyətə başlamışdım. Niderland mətbuatında ara-sıra, Azərbaycan mətbuatında mütəmadi olaraq yazılarla çıxış edirdim.Bir gün telefonuma zəng gəldi. "Vüqar bəy, Hollandiya Türk Federasiyasından Murat Gedikdir narahat edən. Zamanınız olanda görüşək” – dedi xəttin o tərəfindəki şəxs. Görüştəyin etdik, getdim HTF-nin Amsterdamdakı Baş qərargahına. İlk görüşümüz o zaman oldu və o vaxtdan da münasibətlərimizin təməli qoyuldu. Mənə zəng edən də, bugünkü müsahibim də Hollandiya Türk Federasiyasının sədri (genel başkan) MuratGedikdir.Murat bəy bir Azərbaycan sevdalısıdır. Özünə bunu deyəndə haqlı olaraq:

-Vüqarbəy, biz Azərbaycan sevdalısıyıq, burası doğru. Ancaq biz Türükün olduğu həryeri sevirik, Türkün olduğu hər yer bizə doğmadır – deyir.

Doğru da deyir, ancaqbu barədə bir qədər sonra. Murat bəyə:

-Buna şübhəm yox. Sadəcə Siz Azərbaycanıın tarixi şəxsiyyətlərini, M.Ə. Rəsulzadəni, Əhməd Cavadı, Əhməd bəyAğaoğlunu və.s. məndən daha yaxşıbilirsiniz – deyincə özünəməxsus təvazökarlıqla:

-Əstəğfürullah– deyir və dərhal da əlavə edir: - Azərbaycana mənim ayrı bir sevgim, yanaşmamvar. Azərbaycan Türkü ilə AnadoludakıTürkün arasında heç bir fərqyoxdur. Buna belə baxmaq lazımdır,Türklüyü bir bütövlük halında görməyimiz lazımdır. Hər vaxt deyirəm, bunun əksini deyənçıxıb sübut etsin. Türkiyə Cümhuriyyətinin(TC) qurulmasında bütün Türk dünyasının qatqısı var, hər mənada:istər əsgər vermək baxımından, istər maddi, siyasi və.s. Məsələn, Türkiyə Cümhuriyyətinin qurulmasında fikir baxımından Rəsulzadənın çoxböyük qatqısı olub. Əhməd bəy Ağaoğlununxidmətlərini danmaq olmaz. Əhməd Cavadıngəlib Türk əsgərinə yardım etməsi böyük qatqıdır. Baxın, bunları deyən zamanbelə tüklərim biz-biz oldu. "Çırpınırdı Qara dəniz”in yazılma səbəbini bilsəniz,məsələ aydın olar. Məni də, bizi dəTürklüyə bağlamaqda bu insanların böyük qatqısı var. Bəlkə bu insanların da köməyi ilə TCqurulmasa idi, bu gün dünyada Azərbaycan da olmazdı, Türkmənistan da və.s.Çünki bu torpaqlarda TC olduqca ordakı insanlar da Türklüyü içlərindəyaşatdılar. Asan deyil 70 il kommunist bir rejimdə yaşayıb Türklüyüqorumaq. Azərbaycan insanına "Azərbaycanlı” dedilər. Halbuki kommunistlərdənöncə ordakı insanlar özlərinə Türk deyirdilər.Tək Azərbaycan Türkləri deyil, məsələn, Qazaxıstanlı şair Mağcan Cumabəy Qazaxıstandan yürüyərək Moskvaya gəlirki, ordan topladığı 3-5 quruşu Atatürkə çatdırsınlar deyə. Bunları yaxşı bilmək lazımdır. Bu barədə məqaləm var, onu sizə göndərəcəm,Macanı mütləq oxumaq lazımdır (göndərdi də. V.A.). Yusuf Akçura... TürkiyədəkiTürk ocaqlarının qurulmasında kimlərin rolu var? Yusif Akçura, Əli bəyHüseynzadə və digərlərinin rolu danlmazıdır.

Hələ bir də Cənubi Azərbaycan Türkü var. Onlarlabağlı heç nə eşitmirik. Onarın məsələlərinidə dilə gətirmək lazımdır, eyni millətik.Məsələn, Ankaradakı insanla Yozqatdakı insanın necə fərqi yoxdursa Azərbaycandakıinsanla Anadoludakı insanın arasında da heç bir fərq yoxdur. Aramızdakı ayrılıq sadəcə coğrafi yerləşimləbağlıdır, mən belə görürəm.

Sizə bir məsələni də danışım. Çanaqqala şəhidlərininməzarlarını ziyarət etdiyin zamanbaxırsan ki, hər yerdə Məhmətlər yatır.Baxırsan Məhmət, Ankara, Diyarbəkir və.s. Bunlar anlaşılandır. Ancaq bir də baxırsan Gəncə,Mosul, digər Türk torpaqlarının adları yazılıb.Mən də deyirəm ki, Çanaqqala Türk dünyasınındır. Mən belə baxıram. Ona görə də bizim Azərbaycansevgimiz boşuna deyil. Biz tək Azərbaycanadeyil, üzünü görmədiyimiz Türküstana aşıqik.

-Murat bəy, gözəl qeyd etdiniz və dediklərinizdən də belə anladım ki, Türkiyəninmövcudluğu digər Türk dövlətləri üçün bir güvənc yeridir. Şəxsən mən də bufikirdəyəm. Bəlkə müqayisə düzgün deyil,ancaq mənə elə gəlir ki, HTF də Niderlanddakı Türk kökənli insanların bir güvəncyeridir. Bu fikirlə razısınız?

Haşiyə: Mənim belədüşünməyim səbəbsiz deyil, 50 ildən artıq yaşı olan bir təşkilatı "təşkilatlarınağsaqqalı” adlandırmaq olmazmı? Hələ onu demirəm ki, HTF-də 50-yə yaxın təşkilatbirləşib ki, bunun da 30-u qərargahı olan təşkilatlardır. Qərargah deyəndə isə sadəcə bir-iki otaq düşünmə, dəyərli oxucu, bəziləribir neçə mərtəbəli, içərisində məktəbi, çayxanası, məscidi və.s. olanbinalardır.

-Bəli,hardasa doğrudur. Biz təşkilat olaraq 50 ildir ki, fəaliyyət göstəririk, ancaq təşkilatımızhələ də böyüməkdədir. Yeni nəsildən dəsıralarımıza qatılanlar çoxluq təşkil edir. Bu da nədən irəli gəlir? İnamdan. Bizə hər kəs gələbilər. Nədəndir bu inam? Biz deyirik ki, bizim mənəvi və milli dəyərlərimizləproblemi olmayan hər kəslə eyni masaya otura bilərik. Biz terror təşkilatlarıilə eyni masa arxasında otura bilmərik. Ancaq kiminsə türklüyə, dinimizə birdüşmənçiliyi yoxdursa biz onunla bir masa arxasında otura bilərik. Din seçimi, əlbəttəki, sərbəstdir, ancaq söhbət geniş anlamda gedir. Bunun üçün də inam yaradırıq...

-Sözünüzü kəsdim. Ümumi mənzərəni, Türk kökənliinsanların diasporumu deyim, onların qurduqları təşkilatların fəaliyyətimi...Adı hər nə olsa da bütün bunlara sizin münasibətinizin "Ədalət”in oxucuları üçün maraqlı olacağınıdüşünürəm.

-Bilirsiniz,Türkiyədən gələrək burda yaşayan təxminən 450 000 nəfər insan var. Biz bunlaraAnadolu Türkü deyirik. Bundan başqa, son illərdə isə bura istər Azərbaycandan,istər İraqdan, istərsə də başqa yerlərdən gələn çoxsaylı türklər də var. Hər Türktoplumunu təmsil edən müəyyən təşkilatlar da mövcuddur. Hər kəs öz düşüncəsinə, baxışlarına görə təşkilatlarqurub. Bunlar toplumumuzun gözəllikləridir. Bunların hamısına da hörmətləyanaşmaq, hamısını da qucaqlamaq lazımdır. Mən də Niderlandda fəaliyyət göstərənTürk Federasiyasının (HTF) genel başqanıyam.Türk Federasiyasının quruluş məqsədidə bəllidir. Təşkilatımızın təməli 70-ci illərdə atılıb. Hər vaxt deyirəm ki, bu işdəTürkiyənin siyasəti var. Belə ki, ozaman Rusiyadan, sovetlərdən gələn kommunistfikirlərə qarşı bir Türk millətçiliyini mənimsəmiş bir quruluşuqbiz. Təbii ki, zamanla hər şey dəyişdi,kommunizm-filan qalmadı. Ancaq TürkFederasiyası bu məqsədlə qurulsa da, daha çox mədəni, kültürəl fəaliyyət üzərindəqurulub. Yəni təşkilatlarımız dil dərsləri verdi, mədəni tədbirlər keçirtdi,sonradan din məsələsi də bura daxil oldu, camilər tikildi və.s. HTF Niderlandda mövcud olan türk təşkilatlarından sadəcə biridir. Bizim də özümüzə görə insan qaynağımız, təşkilatlarımızvar. Amma əlbəttə ki, biz burdakı bütün Türk insanlarını təmsil etmirik, bu daayrı mövzudur...

Bu yerdə müsahibiminsözünü kəsmək məcburiyyətindəyəm. Hiss edirəm ki, müsahibim kimsənin xətrinə dəyməmək üçünsuala birbaşa cavab vermir. Bəlkə də yanılıram. Ancaq buna sualımı bir qədər dəqiqləşdirərəkaydınlıq gətirəcəyimi düşündüm deyə bu dəfə sualı belə qoydum:

-Murat bəy, mən bura gəldiyim illərdə burdakı Türk təşkilatları vaxtaşırı bir yerəyığılırdı. Hətta mən heç bir təşkilatı təmsil etməsəm də, tədbirlərin bir çoxuna dəvət alırdım. İndi bubirliyi görmürəm. Təşkilatlar daha bir yerə yığışmırlar. Nədir bunun səbəbi?

-Məncəsəbəblərdən biri budur ki, quruluşlar var idi, təməli yox. Məsələn, Türkdünyasının hər hansı bir yerini təmsil edən bir nəfər var və o da özünə bir təşkilatyaradırdı ki, mən filan yeri təmsil edirəm, dərnəyim var. Sonra bu adam hər hansı bir səbədən başqa yerəköçə, fəaliyyətini dayandıra bilir və təşkilatın da fəaliyyəti sona çatır. Yəni təməl yoxdur, təşkilatçılıq anlayışı,davamlılıq yoxdur. Bir, yaxud da iki-üç nəfərin olduğu təşkilatların çoxu beləolur. Bir də ki, iqtisadi sıxıntılar və.s.səbəblərdəndir. Deyək ki, kimsə çıxıb deyir ki, mən Qafqazdakı filan xalqı təmsiledirəm. Təşkilat yaradır və sonra işləmək məcburiyyətində qalır, təbiidir və işəbaşlayır deyə vaxt məhdudiyyəti yaranır. Bu da öz növbəsində təşkilatın bağlanması ilə nəticələnir. Məsələ budur...

-Məsələ tək budurmu?

-Ənböyüyü budur. Daha sonra isə eqoizm. Buda var. Bu olmayan yerdə iş davamlı olur...

-Bəli, özünü önəçıxartmaq istəyi də problemlərdən biridir.

-Bəli,belə deyək, mən HTF-nin genel başqanıyam.Mən sabah bu vəzifədən getsəm, qurultayda məndən sonra yerimə gələcəkbiriləri mütləq olacaq. Ancaq digər birçox təşkilatlarda bu yoxdur. Bir özü var...

-Bir də özü...

-(Gülür)Bəli, bir də özü var.

-Bu gün Türk kökənli diaspor təşkilatlarının birlikdəhərəkət etməsi, fəaliyyət göstərməsi üçün çox çağırışlar gəlir. Belə birlikvarmı, yoxsa əməldə deyil, ancaq sözdə var?

-Təəssüfki, sözdə var. İnsanın sözü nədirsə özü də elə olmaldır və əksinə. Özün, sözünvə hərəkətin, bunun üçün çox önəmlidir. Birində problem olsa, demək ki, bu işlər olmayacaq. Bir də bir məsələni də unutmamaq lazımdır.Kimlərsə istəyir deyə bir şeylər olmaz.İnsanın özündən gəlməlidir. Məsələn,bizim federasiyaya tez-tez gəlirlər ki, filan yerdə bir tədbirimiz var, filangün filan olacaq. Sual edirəm, mən axı illərdir burdayam. Məndeyən zaman təşkilatı, HTF- ni deyirəm. Niyə indi gəlirsən? Niyə özünə lazımolanda gəlirsən? Əvvəldən də gəl, tanış ol. Arxayınsan, düşünürsən ki, HTF Türk millətçiliyi üzərindəqurulub, mən ora gedən kimi yardım edəcəklər. O dövrlər bitdi artıq. Sifarişlə iş olmaz. Bir də ki, fəaliyyətimizibir qədər fərqli qurmalyıq. Kitablar nəşr etməliyik, qəzetlər buraxmalıyıq, qəzetlərəyazılar verməyimiz lazımdır, yəni yazılıfəaliyyət göstərməyə üstünlük verməliyik.Öz dilimizdə təbliğata son qoymalıyıq. Türkcə təbliğat olmaz. Türkcəetdiyin təbliğatı niderlandlı anlamaz.Bunun üçün də biz HTF olaraq artıq iki ildir ki, belə fəaliyyətə üstünlük verməyəbaşlamışıq. Bir kitab çıxartmışıq, bunu da çoxaldacağıq. Hətta Azərbaycanın Qarabağ problemindən bəhsedən bir kitabı da Niderland, İngilis dilində çap etməyidüşünürük.

Bu yerdə müsahibimə Azərbaycandan gələrək Niderlandda yaşayan soydaşlarımız,başqa sözlə, Azərbaycan diasporu barədə sual vermək istədim və düşündüm ki, busuala təcrübəli təşkilatçının cavabı siz dəyərli oxucular üçün maraqlı olar.

-Murat bəy,Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirərsiniz?

-Vallaho mövzuda nə deyə bilərəm... Bunu deyim... Azərbaycan diasporunda olansoydaşlarımız əllərindən gələni etməyə çalışırlar...

-Əllərindən gələn sizi qane edirmi?

-(Gülür) Daha yaxşı da ola bilər.

Haşiyə: Yenə kimisə incitmək istəmir. "Daha yaxşıda ola bilər” cavabını da bu məqsədlə verir. Yoxsa Murat bəy də gözəl anlayırki, hər şeyin daha yaxşısı mümkündür. Üzümün ifadəsindən nə demək istədiyimianlayır, arif adamdır, sözünə davam edir:

-Açığı,onların təşkil etdiyi tədbirlərdə biz dəzaman-zaman iştirak etdik.Onların Niderland və İngilis dilindəolan çalışmalarını görmürəm. Bizniderlandlılara yönəlik fəaliyyət göstərməliyik, əgər məqsədimiz problemlərimizi yerli insanlaraçatdırmaq, özümüzü onlara tanıtmaqdırsa.Bu gün Azərbaycanın Qarabağ problemi var və əslində bu problem bütünTürk dünyasının problemidir. Biz bunu Türkcə kimsəyə anlada bilmərik. Yerli mətbuatdayazılar verməyimiz lazımdır, kitablar çap etməliyik. Bunları görmürəm, düzünü deyim. İnanıram ki,dostlarımız məndən inciməzlər.

Mətbuat məsələsi mənim, necə deyərlər, yaralıyerimdir. Odur ki, burda müdaxilə etməsəydim olmazdı.

-Murat bəy, mətbuat demişkən, fikir vermişəm ki,sizin və digər Türk təşkilatlarının fəaliyyəti Türkiyə mətbuatında o qədər dəgeniş işıqlandırılmır. Ancaq Azərbaycan diasporu öskürəndə də, asqıranda da Azərbaycanmətbuatı bu barədə yazır. Bu, Türkiyə mətbuatının öz diasporuna diqqətsizliyi,Azərbaycan mətbuatının isə öz diasporuna diqqəti kimi qəbul oluna bilər?

-(Gülür)Vüqar bəy, onu bilmərəm... Yəni belə bilmərəm ki, bizim fəaliyyətimiz Türkiyəinsanına yönəlik deyil və bizim reklama ehtiyacımız yoxdur. Biz işimizi görərik, Türklüyümüzü və.s.qorumağa, özümüzü yerli insanlara daha yaxşı tanıtmağa çalışarıq. Azərbaycan diasporu ilə bağlı olan hissəyə isəözləri daha yaxşı ("yaxşı” sözünü bilərəkdən "iyi” deyil, məhz "yaxşı” deyə işlədir,demək olar ki, hər vaxt – V.A.) cavab verərlər. Ancaq onu demək istəyirəm ki,Azərbaycan diasporu çalışsın ki, müstəqil fəaliyyət göstərsin. Kabinetlərdən gələngöstərişlərlə irəli getmək olmaz...

-Murat bəy, açığını desəm, son vaxtlarda Azərbaycanmətbuatında bir çoxları elə fikir formalaşdırmağa çalışırlar ki, guya xaricdəkiTürk təşkilatları birlikdə fəaliyyət göstərirlər, bu birliyə nail olunub vəbunu da uğur kimi təqdim edirlər. Varmı belə bir uğur, birlik?

-Olsaidi yaxşı olardı, Vüqar bəy. Ancaq təəssüf ki, belə bir birliyin, bərabər hərəkətinolduğunu deyə bilmərəm. Qarabağhamımızın problemidir, buna şübhə yoxdur.Ancaq birlik deyiriksə, bu birliyi həm də Doğu Türküstan, Kərkük və.s.kimi məsələlərdə də göstərmək lazımdır.Bir-birinə dəstək əlbəttə ki, var, bu dəstək hər zaman olub. Ancaq istədiyimizbirliyin olduğunu kimsə iddia edə bilməz. Yalandan deməklə deyil.

-Murat bəy, qısa olaraq son baş verənlərə münasibətiniziöyrənmək istəyirəm. Ötən ayın (iyul ayının) sonlarında AzərbaycanınNiderlanddakı, Belçikadakı səfirlikləri önündə, Los Ancelesdə olanlara münasibətiniznecədir? Lazım idimi səfirliklərin həyətinə yığışmaq?

-Belə məsələlərdə diqqətli olmaq lazımdır. Bu cür işlər, mənim düşüncəmə görə, lazımdeyil. Diaspor öz fəaliyyətini səfirliklərdən uzaq tutmalıdır, mənim fikrimcə.Niyəsini soruşsanız, səfirliyin qoruması var. Ancaq ordan fəaliyyət yönləndirilərsədiasporunuza "Azərbaycanın uzun qolları”deyəcəklər, necə ki, burdakı türklərə "Ankaranın uzun qolu” deyirlər. Reallıqdabelə bir şey yoxdur. Demokratiyabaxımından da burda kimsə sənin mitinqinə mane olmur. Bəlkə etiraz mitinqlərinibaşqa yerlərdə təşkil etsələr daha yaxşı olar.Sualınıza konkret cavab versəm, məncə, həmən gün deyil, məsələn, bir günsonra Azərbaycan səfirliyinin önündə Azərbaycana dəstək məqsədi ilə mitinq etməkdaha münasib olardı.

-Türkiyəninillərdir ki, PKK problemi var və Avropada da PKK- lılar Türkiyə səfirliklərinin önündə tez-tez mitinqlər keçirtdilər. Sualımqapalı sual olacaq, sadəcə "hə,” yaxud da "yox” cavabı istəyirəm. Heç oldumu ki, PKK Türkiyə səfirliyi önündəmitinq edəndə Avropadakı türklər səfirliyinhəyətində buna etiraz etsinlər?

-Xatırlamıram. Bildiyim qədər yox. Açıq deyim ki, belə bir şeyin ola biləcəyinədə inanmıram.

-Olmadı?...

-Belə oldu ki, PKK əsgərimizə bir zərər verdikdəAvropadakı Türk insanları səfirliyə gedərək Türkiyəyə dəstəklərini ifadə etdilər. Bu isə ayrı bir məsələdir.

Əlavə heç bir şərhvermədən müsahibəyə burda son qoyuram.

Vüqar Abbasov.

Niderland.