adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyun 2013 10:52
20529
MƏMLƏKƏT

Qafqaz Universitetində möhtəşəm bir gün

Qafqaz Universitetinə növbəti məzun günükeçirilib. "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında keçiriləntədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Təhsil Naziri Mikayıl Cabbarov,Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, millət vəkilləriqatılmışdı.

Tədbirdə çıxış edən Universitetin rektoru AhmedSanic rəhbərlik etdiyi təhsil ocağının bir dünya universiteti olma yolunda sürətlə irəlilədiyini dedi: "QafqazUniversiteti olaraq 45 fərqli ölkədə işləyən və təhsil alan gənclərimizlə qürurduyuruq”. Rektor valideynlərə, müəllim heyətinə, məzunlara ürək sözləriniçatdırıdı: "Əziz valideynlər ! Minbir zəhmətlə böyüdüb yetişdirdiyiniz vəbeş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıqvətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızınkeşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz" . A.Sanic qeyd etdi ki, universitet bu il mühəndislikfakültəsindən 65, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində170 və magistratura pilləsində isə 160 tələbə olmaqla 550 tələbəsini məzun edir.Onun sözlərinə görə, Qafqaz Universitetinin tələbələri 2012/2013-ci tədrisilində bir çox nailiyyətlərə imza atıblar: "8 noyabr 2012-ci il tarixindəQafqaz Universitetində təşkil olunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ciACM Beynәlxalq müsabiqәsi”nin dörddəbir final mərhələsində Azәrbaycan bölgәsiüzrә komanda müsabiqəsində I yer-Azərbaycan Çempionu, II yer və 2 III yer; 2-5dekabr 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkilolunmuş "Proqramlaşdırma üzrə tәlәbәlәrin 37-ci ACM Beynәlxalq müsabiqәsi”ninyarım final mərhələsi, Cənubi Qafqaz açıq birinciliyi komanda müsabiqəsində 2III dərəcəli diplom, fərdi müsabiqədə II dərəcəli və III dərəcəli diplom; 28aprel 2013-cü il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyalarıİnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyətigününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında İnformatika üzrəÜmumrespublika olimpiadası»nda komanda müsabiqəsində I yer, 2 II yer və III yerəlayiq görülüblər. Eyni zamanda Azərbaycanın 13 ali məktəbi arasında Bakıda keçirilən AzərbaycanSahibkarlıq Yarışmasında (Enactus) iştirak edən Qafqaz Universitetininkomandası Azərbaycan çempionu olub və sentyabr ayında Meksikada keçiriləcəkDünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib. Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığıil’ "Univision” - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsində QafqazUniversitetinin təmsilçisi Zərrin Mahmudzadə 1-ci yer tutub”. Ahmet Saniç çıxışında onu da bildirdiki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir.

Azərbaycan Respublikasının təhsil Naziri MikayılCabbarov Azərbaycan Beynəlxalq Təhsil Şurasının sədri dr. Enver Özeren Bakı DövləUniversitetinin rektoru Millət vəkili Akademik Abel Məhərrəmov Millət vəkiliRespublika ağsaqqalar şurasının sədri Fəttah Heydərov çıxışlarında Qafqaz universitetdənməzun olmuş mütəxəsislər haqqında müəssisələrdən hər zaman gözəl xəbərləreşitdiklərini söyləyərək bu ilki məzunlara da belə olmalarını arzuladılar .Daha sonra Qafqaz Universitetinin tələbələrinin keçirdikləri sorğular nəticəsindəilin elm adamı və ilin şirkəti naminasiyaları üzrə hədiyələnmə mərasimi oldu.Millət vəkili Akademik Abel Məhərrəmov ilin elm adamı Azərbaycan Dövlət NeftŞirkəti ilin şirkəti elan olundu.