adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Avqust 2016 14:08
30395
ANALİZ

Qadınlardan Freyd və onun həmcinslərinə tarixi cavab

Ziqmynd Freyd(bu adın xüsusi təqdimata ehtiyacı yoxdur) dostuna yazdığı məktubda belədeyirdi: "Otuz il qadın psixologiyasını araşdırdım, onlarla işlədim, amma hələdə bu suala cavab tapmadım: "Qadınlar nə istəyir?” Adamın ürəyi ağrıyır, "rəhmətlik”axır günlərində lap depressiyaya düşübmüş. Amma Freydin davamçılarıustadlarından fərqli olaraq konkret nəticəyə gəliblər. İnkişaf etmiş ölkələrdənolan xeyli qadını müşahidə etdikdən sonra belə nəticəyə gəliblər: "Qadın HƏRŞEY istəyir”. Göründüyü kimi, bu "hər şey”in içində hər şey var. Psixoloqlar,genetiklər və s. alim qrupu sözü bir yerə qoyub uzun araşdırmalatdan sonra "hərşey”i detallarına qədər xırdalayıblar ki, qadının ən yaxın silahdaşı olanŞeytanı evinəcən qova bilsinlər.

Qadın və şopinq 

Yəni zərif cinsin bütün fiziki, psixoloji xəstəliklərinin tək müalicəsi! Marketoloqlaretiraf edirlər ki, qadınlar olmasaydı, dünya ticarəti batardı. Ticarətin əksərsahələrində 80 faiz üstünlük qadınlardaymış. Marketoloqların müşahidələrinə görə,qadın "yolüstü” şopinq edir, kişi isə lazım olandan-olana. Psixologiyanınmaraqlı bir yönü var: neyromarketinq. Ticarət alışqanlıqlarını, asılılıqlarınıaraşdırır. Bildirilir ki, şopinq qadını bir neçə tərəfdən yoldan çıxarır: görünüşə,qoxuya, eşitmə qabiliyyətinə görə. Yəni parlaq vitrinlərdə sərgilənən geyim,aksessuar, tekstil və s. ilk diqqəti cəlb edir. Bəzən qadın başını aşağı salıböz yoluyla getdiyi yerdə onu qoxu özünə çəkə bilər. Ərzaq, parfümeriya, geyim(məsələn, dəri məmulatları) qoxusu onu düz yolundan edir, ehtiyac olmadığı təqdirdəbelə mütləq nəsə almalıdır. Və, təbii ki eşitdikləri də qadının cüzdanınıboşalda bilər. Rəfiqəsi, bacısı, iş yoldaşı gəlib hansısa yeni aldığı məhsulu tərifləyəndənsonra "almasam da, gedim baxım” deməsinə səbəb olur. Amma sonrası məlumdur: "Dahagəlmişəm də, qoy birini alım” nəticəsi ilə mağazadan əlidolu çıxır.

Hələ 1954-cüildə kanadalı alimlər Ceyms Old və Piter Milner sübut etmişdilər ki, qadınınalış-veriş vərdişi üçün tam hormon industriyası çalışır. Amma ən əsasneyrofiziki stimul - dofamindir. Alimlər bunu "öz-özünü təcili mükafatlandırma”da adlandırırlar. Yəni kişisi hərəkətə gəlib nəsə alana qədər təkanverici bir hədiyyəniözü özünə mütləq etməlidir.

Qadın və evlilik 

Belə bir deyim var: "Hətta ən qatı feminist də yaxşı ər tapana qədərdir”. Yəqinbu deyim kişilər tərəfindən icad olunub. Amma hər hərfinə qədər haqlı deyimdir.Kişinin nə özü, nə də sözü olmadan iş başa gəlmir. Bu mövzuya girmədən, sadəcətoxunub keçək: feminizm – kişidən küsən, ürəyi qırılan qadınların cərəyanıdır.Başqa sözlə, kişidən ağzı yananların cəmiyyəti. O feministlərin bir neçəsinə xəyallarındaarzuladıqları kişini verin, görün bu feminizm sözünü terminoliji lüğətdən necəsilirlər!.. Yerdə qalan üzvləri də paxıllıqdan yaxşı kişi axtarışınaçıxacaqlar. Qərəz, deməyim odur ki, dağ başındakı çoban qızı, karyerasının ənyüksək nöqtəsində olan ədəbaz xanımın da xəyalında ağ gəlinlikli, möhtəşəm toymərasimi var. Çünki bu istək qadına südlə gəlib, sümüklə də çıxacaq. Təbii zərurətkimi özündən asılı olan məqam deyil. Düzdür, hazırda qadınların nikah yaşıxeyli artıb, xüsusən də böyük, dünyəvi ölkələrdə qadınlar rəsmi izdivacı 30yaşdan sonraya saxlayırlar. Buna səbəb isə artıq qeyri-rəsmi izdivacın daqadınlar üçün əlçatan olmasıdır. Şərq, ya qərb ölkəsi – fərq etməz: qızlarşahzadəni tapana qədər qurbağalarla da muşqulat edirlər. Sadəcə, şərqdə gizlin,qərbdə aşkar şəkildə. Qurbağa dedim, yadıma düşdü. O günlərdə alimlər car çəkirdilərki, nağıllardakı qurbağa faktoru gerçək imiş. Yəni nağılların daha bir həqiqətigələcəyə ötürmə qabiliyyəti öz təsdiqini tapıb. Alimlərin qənaətinə görə,qurbağa dərisindəki selik, xüsusən yağ ifrazı qadın dərisinin gözəlliyinəxidmət edirmiş. Dərini hamarlaşdırır, elastikləşdirir və parlaqlaşdırır. Yənidodağını qurbağaya toxunduran xanım, onu şahzadəyə döndərə bilməsə də, ənazından özü şahzadəyə çevrilir, yəni gözəlləşir. Güman ki, fransızlar bu üzdənqurbağanı milli mətbəxlərinə daxil ediblər...

Qayıdaq evlilikməsələsinə: ABŞ-ın Albert Eynşteyn Tibb Kollecinin professoru Lüsi Braun bioantropoloqHelen Fişerlə birgə 2005-ci ildə maraqlı araşdırma aparmışdı. 17 nəfər subayoğlan və qızın beyni tomoqrafiya edilmişdi. Bu şəxslərin hamısı aşiqlər imiş.Əldə olunan nəticəyə görə, uzunmüddətli alışqanlıq hissinə əsas beynin ön hissəsicavabdehdir. Və bu hissə də qadınlarda daha yaxşı inkişaf edib. 2006-cı ildəSan-Fransisko Universitetinin professoru Rebekka Ternerin gəldiyi qənaətə görə,insanları birləşdirən, aralarında alışqanlıq yaradan hormonlardan biri olanoksitotsin qadınlarda daha çox ifraz olunur. Odur ki, qadınlar birgə həyatadaha meyillidirlər. Kəndiri əldə saxlamağın ən yaxşı yolu da nikahdır.

Qadın və nitq 

Bütün kişiləri çilədər çıxaran sual: "Qadınlar niyə çox danışırlar?” Həə... xətrinizədəyməsin, alimlər deyir ki, problem sizdəymiş... Yəni insanın nitq qabiliyyətinəcavab verən beynin sol yarımkürəsi kişilərdə zəif inkişaf edib. Allah göstərməsin,kişi xeylağı təpəsinə tava və ya başqa mətbəx "silah”ı yesə, o, danışıqqabiliyyətini ümumiyyətlə itirəcək. Amma qadını belə zərbə qorxutmamalıdır.Çünki kişidən fərqli olaraq, onun beyninin sağ yarımkürəsi də nitqə köməkedir. İşdi-şayət, soldan zərbə alsa, sağ hissə onu vəziyyətdən çıxaracaq.

Qadın nitqikişi nitqindən təkcə söz ehtiyatı ilə deyil, həm də intonasiya və emosiya ilə dəfərqlənir. Qadın gün ərzində 8000 söz, 3000 səs, 10 000 jest edir. Kişi isə,4000 söz, 2000 səs, 3000 jest edə bilir. Yəni hər işdə təmbəlmişsiz ha... Odur ki, "Qadın nə istəyir" sualı ilə baş sındırmayın. Onsuz da qadının istəklərini yerinə yetirməyəndə, o baş özü müxtəlif avadanlıqlar vasitəsilə sınacaq. Qadının istədiyi "Hər şey"in bir-iki şeyi çatışmayanda dözmək olar, amma dözüm həmişə çözüm yolu deyil. (Yenə şairliyim vurdu başıma...)

Şəfiqə ŞƏFA

  

Digər Xəbərlər