Qadının qarın boşluğundan nəhəng törəmə çıxarıldı
ATU-da xəstənin bağırsağından nəhəng törəmə çıxarılıb.
Adalet.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasına müraciət edən xəstənin qarın boşluğundan nəhəng ölçülü törəmə çıxarılıb. Həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətaf toxumalardan uğurla ayırmağa nail olublar.
Əməliyyatı aparan Onkoloji Klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, 55 yaşlı xanım Ukraynadan gəlib. USM VƏ KT ilə müayinə zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 sm ölçüsünde abdominal-pelvik törəmə aşkarlanıb.
Çəkisi 125 kq olan xəstə həmçinin piylənmədən əziyyət çəkib. Onda DVT (aşağı ətrafların dərin venoz trombozu) və PE (ağciyər trombemboliyası) amamnezi mövcud olub.
Xəstədə Laparotomiya əməliyyatı icra olunub. Əməliyyat zamanı nazik bağırsaqlardakı damarlar vasitəsilə zəngin qidalanmış nəhəng parazitar miomaların olduğu müəyyənləşdirilib. Həkimlər xəstənin nazik bağırsağına və mezosuna zərər vermədən, törəməni bütün şəkildə etraf toxumalardan ayırıb çıxarıblar. Xəstə əməliyyatdan üç gün sonra evə yazılıb.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15