adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Fevral 2018 12:24
10546
MƏMLƏKƏT

Qadına qarşı zorakılığın arxasındakı acizlik

Qadın cinayətləri, qadına qarşı zorakılıq, qadın istismarı,qadın haqları, qadın azadlığı, köhnə sevgili, həyat yoldaşı dəhşətə səbəb oldu…

Son zamanlarda tez-tez eşitdiyimiz bu ifadələr insanlarahədsiz narahatlıq verir, hüzursuzluqlarını getdikcə artırır. Lisey şagirdiHelinin məktəbdə tüfənglə vurulması, küçənin ortasında hicablı bir qadınınpsixopat tibb tələbəsi tərəfindən durduq yerə yumruqlanması, suriyalı hamiləqadının övladı ilə birlikdə öldürülməsi, Bursada 8 aylıq hamilə qadının 8müxtəlif nahiyədən bıçaqlanaraq öldürülməsi, həyat yoldaşı ilə boşanmaərəfəsində olan qadın və iki uşağının Adabazarında sığındığı atası tərəfindənöldürülməsi, Zonquldakda həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı üçünsığınma evinə yerləşən qadının həyat yoldaşı və uşaqlarının təcavüzünə dözəbilməyib özünə ev tutanda oğlu tərəfindən tapılıb bıçaqlanması, Batmandabacısını işgəncə ilə öldürən qardaş kimi saymaqla bitməyəcək zorakılıqxəbərlərini demək olar ki, hər güneşidirik.

Qadınlara yönəlmiş bu zülm ölkəmizi əhatəyə alan bəladeyil. Bu zülm ölkə xaricində da çox geniş yayılıb. Mədəniyyətin beşiyi olaraq tanınanAvropada bir italyan 19 yaşındakı dayə rumın qızını zirzəmidə 10 il metalzəncirlərlə əsir saxlayaraq hər cür işgəncə və istismara məruz qoyur. 10 ilboyu natəmiz, köhmə zirzəmidə saxlanılan və davamlı olaraq işgəncəyə məruzqalan qadın iki uşaq dünyaya gətirir. Hətta bədənində açılan dəri yarıqlarınıöz əli ilə tikməyə məcbur edilir. 10 ildən sonra isə mürtədin maşınındauşaqlarından birinin zəif vəziyyətindən şübhələnən polis vəsiləsi ilə qadın vəuşaqları bu cəhənnəm kimi həyatdan xilas edilir.

Qanunda islahatlar aparmaqla saymaqla nümunələrini bitirəbilmədiyimiz, xüsusilə ölkəmizdə də getdikcə artan bu bəlanın qarşısını almaqlazımdır. Bu zalımların heç cür geri çəkilməməsi, əksinə bir-birindən cəsarəttapıb daha da azğınlaşması islahatların çox zəif olduğunun, bu tiplərin qanunçərçivəsində başlarının yetərincə əzilmədiyinin göstəricisidir. Qadınlarafiziki zərər verənlər, öldürənlər üçün ömürlük həbs cəzası verilsə, bütün buheysiyyətsizlər cəmiyyətə tanıdılsa, davamlı təhqir olunsa və buheysiyyətsizlikləri hər yerdə üzlərinə vurulsa, cəmiyyət bunlara qarşı davamlıtədbir alsa, onlarla il xalqa unutdurulmayacaq əncam çəkilsə, hüquq-mühafizə orqanları nəfəs aldırmayacaqsıxlıqda axtarış, sorğu, tədbir tətbiq etmə bacarığına sahib olsa, bu hadisələrdavam etməz. Çünki bu şərtlər altında bir insan hər hansı bir cəmiyyətdəhəyatını davam etdirə bilməz. Heç kim belə birtəhqiri, belə əzablı həyatı istəməz. Bu cür tədbirlərin alınmadığı hərgün nə qədər insan həyatını itirir, qadınlar işgəncələrə məruz qalır. Qadınaqarşı zorakılıq göstərənlərə baxanda hamısının çox sayda problemi, narahatlığı,anormallığı olduğunu və zəif, gücsüz, impotent, şəxsiyyət və mühakiməqabiliyyəti normal olmayan şəxslər olduqlarını görürük.

Kişilərin qadınlara zorakılıq tətbiq edəndə göz dağıverdiyini və ya qadını diz çökdürdüyünü zənn etməsi onların ən böyükaxmaqlıqlarından biridir. Çünki qadına zərər verməyə cəhd edən hər kəsin buvəhşiliyi əqli zəifliyinə, bədəncə əskikliklərinə görə etdiyi göz qabağındadır.Bu şəxslərin yaşadığı dərin dəyərsizlik kompleksi və həsəd duyğusu ağıllıdüşünmələrinə mane olur. Əxlaqsız, bəsit, zəif olan bu şəxslər qadınlara çoxiyrənc gəlir və bunun nəticəsində qadınlar bu əxlaqsızlardan uzaqlaşırlar. Buruhi xəstələr qadından mənasız bir səbəblə özünü üstün gördüyü üçün və hər qadınonlara nə qədər alçaq, əzik kimsələr olduğunu xatırlatdığı üçün qadınlara zərərverməyə cəhd edirlər. Sadəcə fiziki baxımdan qadından güclü olduğuna görə həryöndən özünü qadından üstün görən ağlı zəif şəxslər azğınlıq yolunu seçirlər.Qadının ağlının, sevgisinin, əxlaqının, gücünün özündən üstün olduğuna şahidolanda və qadınların onları iyrənc hesab etdiklərini görəndə özlərinidüzəltmək, Allaha olan inanclarını, sevgilərini, qorxularını artırmaq yerinə,vəhşiləşməyi üstün tutur və hücum edərək, öldürərək əslində özlərində olanəskiklikləri ört-basdır etdiklərini zənn edirlər.

Halbukibir şəxsdə Allah sevgisi, Allah qorxusu, iman çox güclü olanda o dünyanın həryöndən ən mükəmməl varlıqlarından birinə çevrilir. Çünki imanı güclü olan və özünü Allaha, Qurana həsr etmiş bir şəxsin ağlı da çox kəskin,çox açıq olur. Quran ilə Allahın vəhyi ilə hərəkət edəndə çox mükəmməl bir ağıl təzahür edir. Bunun nəticəsində də şəxsin hər sözü çox təsirli olur həmçininçox sevilən, çox mükəmməl bir insan olur. Buüstün əxlaq xüsusiyyətlərinə sahib olan şəxslərin örnəkləri də tarixdəgörülmüşdür. Peyğəmbərləryaşadıqları dövrünən seçilmiş, ən sevilən və ən heyran olunaninsanları idilər. Hamısına yüzlərlə aşiq, özünü heybə edən xanımlar var idi.Çünki qadın sevgiləri çox yüksək idi. Qadınlara çox dəyər verirdilər. Onlarüstünlüyün cinsiyyətlə yox, təqva ilə olduğunun çox dəqiq şüurunda olaninsanlar idilər. Hamısı böyük şəxsiyyətli və keyfiyyətli idilər. Dövrün imangətirənləri üçün Peyğəmbərlər öz canlarından daha üstün insanlar idi. Digər millətlər və öndə gələnlərüçün hörmət duyulan kimsələr idi. Yəni imanın gətirdiyi üstün dəyərinhəyatlarının hər sahəsində görüldüyü çox uca örnəklər idi. Bir ayədə Allah beləbuyurur:

«Allahın Elçisi sizlərə-Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəlnümunədir.» (Əhzab surəsi, 21)

Nəticədə dövrümüzün ən geniş yayılmış problemlərindən biriolan qadına qarşı zorakılığın tək həlli cəmiyyətə imani təlim verilməsi, uşaqyaşdan etibarən Allah sevgisi, Allah qorxusunun qəlblərə yerləşəcəyi şəkildəyetişdirmə siyasəti izlənməsi və hər cür azğınlığın, zülmün qarşısını alanislahatlar keçirilməsidir. Qadın zülmü yerinə qadın sevgisinin hakim olması ancaq imanlavə imanın verdiyi ağılla hərəkət etməklə mümkün olacaq.

Nəzakət Bədirova