"Qadın taleyi” rubrikası: “Öz dayım oğlu məni bədbəxt elədi...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Əntiqənin (adı şərtidir) ağrılı taleyindən bəhs edəcəyik. Onun indi ailəsi dağılıb, əri tərəfindən döyüldüyünə görə isə indi də səhhətində problemləri var. O, olanları belə nəql edib:
“Atamı-anamı erkən itirdik. İki qardaşım və bir bacımla yetimçiliklə böyüdük. Məni dayım oğluna ərə verdilər. Onlar da düşündü ki, atasız-anasız qızam elə öz qohumumla ailə qurum, özgə evə düşməyim. Ailə qurandan sonra bir müddət yaxşı dolandıq. Amma sonradan həyat yoldaşım tez-tez mənimlə dava-dalaş etməyə başladı”.
“Məlum oldu ki, zərbədən beynim silkələnib...”
“Bu söz-söhbətlərə görə hər dəfə məni möhkəm döyürdü. Bir gün isə məni elə vurdu ki, yıxıldım və başım döşəməyə dəydi. Ondan sonra özümdən getdim və bir də gözümü açanda gördüm ki, xəstəxanadayam. Məlum oldu ki, zərbədən beynim silkələnib. Bu hadisədən sonra ata evimizə qayıtdım. İndiyə kimi dərman qəbul edirəm. Çünki həmin dərmanları qəbul etməsəm, halım pisləşir”.
“Keçmiş həyat yoldaşım isə ailə qurdu. Mən isə indi təkbaşına taleyimlə barışıb yaşayıram. Nə deyim, öz dayım oğlu məni bədbəxt elədi”.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Azərbaycanda professor vəfat etdi

Qubada 15 yaşlı qızı 35 yaşlı oğlana ərə vermək istədilər - Polis qarşısını aldı

Qızılağac Milli Parkındakı yanğın söndürüldü - VİDEO + YENİLƏNİB

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi - FOTO

Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - VİDEO

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

Culfada ağır qəza - 4 nəfər öldü
