adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Iyun 2023 10:47
352
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Dedi ki, vətəndaşlıq almaq üçün qadınla nigaha girmişəm...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Məhbubənin (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik. O, olanları belə nəql edib:

“Ailədə bir qardaş və iki bacıyıq. Evin böyük qızıyam. Orta məktəbi bitirdikdən sonra yaxınlarım məni Almaniyada yaşayan və orda təhsil alan qohumuma nişanladılar. Oğlan özü də Azərbaycana gəldi, danışdıq, nişanda iştirak etdi. Nişandan sonra isə Almaniyaya qayıtdı. Planı da o idi ki, ailə qurandan sonra məni də Almaniyaya aparacaq. Nişanlım ixtisasca həkim idi”. 

“Onun bu sözləri isə əlbəttə, məni...”

“Almaniyada olduğu aylarda onunla telefonla danışırdıq. Hər şey yaxşı idi. Amma nəsə hiss edirdim ki, sanki onu məcbur nişanlayıblar. Hər dəfə qarşıda planlarının olduğunu və hələ evliliyin tez olduğunu deyirdi. Onun bu sözləri isə əlbəttə, məni məyus edirdi, pis olurdum. Günlərin birində isə o, bir həqiqəti mənə açmaq istədiyini bildirdi”. 

“Ona görə də biz ayrıldıq...”

“Dedi ki, Almaniya vətəndaşlığını almaq üçün bir qadınla nigaha girmişəm. Bilmirəm bunu sən necə qəbul edəcəksən. Amma bu ancaq sənədə görədir, sonra bu nigahı pozacağıq. Mən isə bir neçə gün fikirləşdim və heç cür nigahın sənədə görə olduğunu qəbul edə bilmədim. Ona görə də biz ayrıldıq. Bu qərarımıza yaxınlarımız da çox pis oldular. Qayınanam bizi barışdırmaq üçün çox çalışdı, amma nə mən, nə də o, barışmaq niyyətində olmadığımızı bildirdik”. 

“Aradan beş ildən çox vaxt keçib. İndi məni illərlə sevən oğlanla ailə qurmuşam. İki övladımız var. Xoşbəxtdəm. Yaxşı ki, həkim nişanlımla ayrıldıq. Bəlkə də ailə qurandan sonra fikir ayrılığımıza görə də ayrıla bilərdik”. 

Vasif Əlihüseyn