Qadın həbsxanasında konsert - Fotolar
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Ombudsman Aparatının, Səbail rayon İcra Hakimiyyətinin və Penitensiar Xidmətin birgə təşkil etdiyi tədbir Milli Musiqi Gününə həsr olunub.
Bayram konsertində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər. Məhkum qadınların görüşünə gəlmiş müğənni Rəqsanə İsmayılova onların qarşısında konsert proqramı ilə çıxış edib.
Digər Xəbərlər
02 May 2024 17:40