adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Yanvar 2019 17:50
11526
İDMAN

Qadın güləşçilərimiz Fransada yarışacaq


Yanvarın 16-dan Türkiyənin Kayserişəhərində yerli komanda və Rumıniya yığmasıyla birgə təlim-məşq toplanışı keçənqadın güləşçilərimizdən ibarət millimiz 2019-cu ildə ilk yarışına çıxacaq.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, fevralın 1-3-dəFransanın Nitse şəhərində keçiriləcək "Qran-pri"də ölkəmizi başməşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında TürkanNəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), AlyonaKolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrinaNetreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdəədaləti qoruyacaq.