adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2024 17:30
537
DÜNYA

Putinin "sevgilisi"ndən terrorla bağlı maraqlı açıqlama

Rusiya ötən həftə paytaxt Moskvada Crocus City Hallda törədilən terror aktının şokunu atmağa çalışarkən, yeni iddialar ortaya atıldı.

137 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı hücumun məsuliyyətini İŞİD üzərinə götürdüyü halda, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinlə birlikdə olduğu iddia edilən sosial media fenomeni Yekaterina Mizulina açıqlamalar verib.

Mizulina Telegram-dakı paylaşımında İŞİD-in terrorçuları necə tələyə salmasından danışıb. Son aylarda Putinlə eşq macərası yaşamaqda ittiham olunan Mizulina “Belə terror aktları törətmək üçün Rusiyada məktəbə gedən uşaqlara rüşvət verirlər” deyib.

Mizulina bəzi skrinşotları da paylaşaraq, hakimiyyətin terrorla mübarizədə daha sərt addımlar atmalı olduğunu söyləyib. Mizulina, "Bir çox gənclər deyir ki, əcnəbilər onlara dəhşətli təkliflər edir. Onlar sızdırılmış məlumat bazasından bu uşaqların bütün məlumatlarına daxil ola bilirlər. Uşaqlarla ünsiyyət quran bu hesabların əksəriyyəti yenidir və Ukrayna bölgəsində yaradılıb”.

Media qurumları tərəfindən təsdiqlənə bilməyən ekran görüntülərində bəzi şəxslərin məktəb yaşında olduğu təxmin edilən uşaqlara 600 min rubl təklif etdiyi qeyd edilir. Mesajların birində "Martın 26-da Orange adlı ticarət mərkəzinə hücum təşkil edirik və mükafatı 750000 rubl. Silah və sursat hazırdır, bunu 11 nəfərdən çox adamla həyata keçirəcəksiniz" yazılıb. 

 

Emin