"Putinin qələbəyə ehtiyacı var" - Zelenski
"Ukrayna Rusiya ilə danışıqlara getməyəcək, çünki Moskva sülh istəmir".
Adalet.az xəbər verir ki, bu barədə PBS telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Beləliklə, biz başa düşürük ki, o (Rusiya prezidenti Vladimir Putin ) heç bir danışıqlara hazır deyil. O istəmir. Onu maraqlandırmır. Bu onun üçün qələbə deyil. Onun qələbəyə ehtiyacı var", - deyə Zelenski bildirib.