Putin və Suriya lideri arasında ilk telefon danışığı

Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefon danışığı zamanı Ərəb Respublikasındakı vəziyyəti müzakirə edib.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, - məlumatda bildirilib.
Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.
Digər Xəbərlər

Paşinyanla Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı

Təyyarələrimiz məhv olmayıb, zədələnib - Rusiya XİN
