adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Aprel 2020 15:58
16961
SİYASƏT

Putin və Netanyahu koronavirusla mübarizədə birgə səyləri dəstəkləyib

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, tərəflər koronavirusun yayılması ilə mübarizədə birgə səyləri möhkəmləndirmək barədə danışıb.

Bundan başqa, ölkələr arasında ikitərəfli əməkdaşlığın aktual məsələləri də müzakirə olunub.

Qeyd edək ki, bu günədək Rusiyada 6 343 nəfər koronavirusa yoluxub, 47 nəfər ölüb, İsraildə isə 8 611 nəfər yoluxub, 51 nəfər virusun qurbanı olub.