adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Dekabr 2021 12:14
321
DÜNYA

Putin və Bayden qəti qərara gələ bilmədilər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden göstərdilər ki, dünyanın təhlükəsizliyində öz məsuliyyətlərini dərk edən siyasi realistdirlər. Bu fikirkər, MDU -nin filosofiya fakultəsinin dosenti Boris Mejuyevə məxsusdur.
  

Rusiya və ABŞ liderlərinin  dünənki video görüşündə əsas məsələ Ukraynadakı vəziyyətin müzakirəsi olub. "Onları bir-birinə bənzədən nöqtələr var.  

 

Hesab etmirəm ki, onların münasibətində hər hansı bir "kimya" var. Onlar Avropanın hərbi münaqişəyə çəkilməməsini, bunun hansı nəticələrə gətirib çıxara biləcəyini düşünən məsuliyyətli siyasətçidirlər və dialoqun vacibliyini dərk edirlər. İki siyasi realist, baxmayaraq ki, Bayden əksər vaxtlarda sitasi realizmi açıq ifadə etmək istəmir" -deyə Mejuyev qeyd edib.
  
Buna baxmayaraq Bayden-Putin arasında siyasi fəlsəfəyə yanaşmalarda fərqlər də mövcuddur. "Danışıqlar daha çox fikir ayrılıqlarını üzə çıxardı. Lakin bunun özü də pis nəticə sayılmamalıdır". Dosentin fikirincə Ukrayna məsələsində  Rusiya və ABŞ arasında fikir ayrılığı o qədər fundamental həddə çatıb ki, tərəflər hələ də öz mövqelərindən geri çəkilə bilmirlər.
 
 Pozitiv nəticələrdə var, lakin Rusiyanın əleyhinə ultimatumlar da var. NATO -ya üzv digər ölkələr hesab edirlər ki, Rusiya Ukraynaya hər hansı bir formada təzyiq etmək hüququna malik deyil. ABŞ  münaqişəni qızışdırmaq fəlsəfəsindən də əl çəkmək istəmir.
  
Bayden Putinlə danışıqlarda Ukrayna ətrafında baş verən hadisələrdən narahat olduğunu, vəziyyətin diplomatik yolla həll edilməsini istədiyini bildirməklə yanaşı, hərbi eskalasiyanın qızışdırılacağı halda, Qərb kollektiv halda iqtisadi və digər tədbirlər görmək məcburiyyətində qalacaq kimi fikirləri ilə Rusiyanı hədələməkdən də çəkinməyib.
  
Rusiya isə dəfələrlə olduğu kimi, yenə də Qərbin və Ukraynanın ittihamlarını rədd edərək, onların heç kim üçün təhlükə yaratmadığını və heç kimə hücum etmək fikirində olmadığını bildirərək, "Rusiya tərəfindən güya aqressiya təhlükəsi" bəhanəsi ilə sərhədləri yaxınlığında daha çox NATO silahlarının yerləşdirilməsi istəklərini həyata keçirməyə çalışdıqlarını bildirib.
  
Əslində istər Putin, istərsə də Bayden üçün Ukrayna və s. kimi ölkələrin maraqları önəmli deyil. Hər iki lider yalnız öz dövlət maraqlarını, kimin bu regionda söz sahibi olduğunu göstərməkdən başqa bir şey deyil. 

 

Rüstəm Hacıyev