Putin Pezeşkianla telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.
Adalet.az Kremlə istinadən xəbər verir ki, Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika görüşünün əsas nəticələri barədə İran Prezidentinə məlumat verib.
Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.
İkitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən energetika və nəqliyyat sahəsi müzakirə olunub.
İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda hadisələrin inkişafına da toxunulub.
Vladimir Putin və Məsud Pezeşkian müxtəlif sahələrdə Rusiya-İran qarşılıqlı əlaqəsinin daha da artırılmasını və ŞƏT-in Çində keçiriləcək sammitinə dair fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

Türkiyədə Malazgird zəfərinin 954-cü ildönümü qeyd edilib

"Görüşün vaxtı Rusiya və ABŞ-dən asılıdır" - Zelenski
