adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Dekabr 2016 23:45
36515
HÜQUQ

Publik hüuqi şəxs haqqında nə bilirik?

Cəmiyyətdə publik hüquqi şəxslərinfəaliyyəti və öhdəlikləri barədə xəbərdar olsaq da, bu terminin nə anlamdaşıdığını bilmirik. Publik hüquqi şəxsin müflis olmaq şansı yoxdur. Bir sıraxarici ölkələrdə, ələlxüsus Avropada məktəblər, banklar və digər qurumlarpublik hüquqi şəxslər adlandırılır. Bu müəssisələrin dövlət rəsmi qurumlarındatamamilə asılılıq məsələsi yoxdur. Lakin maddi cəhətdən sıxıntıların olması onuyaradan bələdiyyə qurumları tərəfindən yerli icra orqanları tərəfindən bərpaolunur. İngiltərədə qatar stansiyaları da bu təbəqədəndir. Onlar heç vaxt müflisola bilməz, çünki ölkənin əsas nəqliyyat vasitəsi olduğu üçün onlarınfəaliyyətinin dayanması mümkün deyil.Əslində publik hüquqi şəxsin bir çox imtiyazları var. Onlar dövlətqulluqçusu da ola bilər. Azərbaycanda isə prezidentin yeni fərmanı əsasındaMərkəzi Bank da publik hüquqi şəxs statusunu aldı.

Yeniqurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşməyəcək ki?

Almaniya və Fransada mərkəzi banklar dapublik hüquqi şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyətiorqanı funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə vəfaiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil.Ona görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir.

Publik hüquqi şəxs Azərbaycan üçün kifayətqədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sisteminüzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemidəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin.

AzərbaycanRespublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquqekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirir ki, bütün funksiyalar bölünəcək. MərkəziBankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o damaliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçudigər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyəbilməz. Bu, idarəetmənin aksiomudur.

Hər hansı fəaliyyətini təmənnalı və ya təmənnasız görə bilər. Onlarınbir başqa dəstəkçisi dövlətdir. Qanunvericilikdə gənc sayılan bu anlayışhaqqında təəssüf ki, ali tədris ocaqlarının hüquqi təlim proseslərində və dərsvəsaitlərində məlumat yoxdur. Bu o deməkdir ki, yeni tətbiq gələcəkdə dərsvəsaitləri ilə bağlı da qanun dəyişikliklərinə səbəb ola bilər. Bunu ekspertlərdeyir. Onların sözlərinə görə, publik hüquqi şəxs göründüyü kimi təkcə sosialvə ya ictimai həyatda deyil iqtisadi yönümüzdə də müəyyən təsirlər yaradacaq.Ekspert Elşən Bağırzadə deyir ki, ölkədə«Publik Hüquqi Şəxslər Haqqında» qanunun tətbiq edilməsi və bu tipli ilk qurumolaraq "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası”nın yaradılmasıtəqdirəlayiq addımdır: "Dünyanın uzunmüddətli təcrübəsi göstərir ki, inkişafetmiş iqtisadiyyatların "sacayaqları” azad bazar, hüquqi dövlət və demokratiyainstitutlarıdır. Bunların biri digərinin mövcudluğunu zəruri edir və hər üçünündə bir-birinə adekvat qaydada inkişaf etməsi əsas prinsipdir. Bu baxımdanölkədə son dövrlər azad bazarın inkişafı istiqamətində atılan addımlar, təbiiolaraq, hüquqi-instutsional sahədə də islahatlarla müşayiət olunur.

Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsində tənzimləmə vənəzarət qurumlarının müstəqilliyinin və peşəkarlığının artırılması, həmçinin dətənzimləmə və nəzarət funksiyalarının eyni qurumlarda cəmlənməsi praktikasınıngetdikcə aradan qaldırılması zərurətə çevrilmişdir. Qeyd olunan Palatanın yaradılmasıvə bank sisteminə nəzarət funksiyasının bu quruma ötürülməsi imkan verəcək ki,bundan sonra Mərkəzi Bank tam şəkildə monetar siyasətin formalaşdırılması vəreallaşdırılması prosesinə fokslansın və bu istiqamətdə çevikliyini daha daartırsın. Eyni zamanda bank sisteminə, eləcə də bütövlükdə maliyyə bazarlarınanəzarətin publik hüquqi şəxs statuslu qurum tərəfindən həyata keçirilməsi busahədə şəffaflığın, hesabatlığın və etibarlığın artırılmasına imkan yaradabilər. Hesab edirəm ki, bu kimi proseslər bundan sonra da davam etdirilməli vəiqtisadiyyatda dövlət tənzimləmə və nəzarət qurumlarının bazar iqtisadiyyatınıntəbiətinə və tələblərinə adekvatlığı daim artırılmalıdır”.

Doğrudur, "Publik hüquqi şəxs haqqında” qanunun tətbiq edilməsiqeyri-hökumət qurumları ilə arasında bağlılığın – oxşar cəhətlərin olduğunufərqinə varmaq elə də çətin deyil. Əgər belədirsə, publik hüquqi şəxslərə nəehtiyac var? Əvvəla onu qeyd edək ki, qeyri-hökumət qurtumlarının fəaliyyətidar çərçivədə həyata keçirilir. Publik hüquqişəxsin isə bütün maliyyə icraatı, mühasibat hesabatı və uçotu dövlət orqanlarıüçün nəzərdə tutulan qaydada aparılır. Özəl qurumlarda olan qaydalar bunlaraşamil edilmir. Ona görə bu anlayışın əhatə dairəsi həddindən artıq genişdir.

Rüfət Soltan