Prokurorluq işçilərinin maaşlarına əlavə artırılır

Prokurorluq işçilərinin maddi təminatı artırılır.
Adalet.az-ın xəbərinə görə, bu, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.
Layihəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.
Digər Xəbərlər

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Elnur Şükürov azadlığa çıxdı - FOTO

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib
