Professor: “Valideynlər uşaqları peyvənddən yayındırıb gizlədirlər...”

“Valideynlərin uşağını qızılcadan təcrid formasında qorumağı mümkün deyil. Onlar uşaqlarını vaxtında vaksin etdirməlidirlər. Çox təəssüf ki, valideynlərin böyük əksəriyyəti vaksindən imtina ediblər, ərizə yazıblar”
Bunu Adalet.az-a açıqlamasında professor Adil Qeybulla deyib. A.Qeybulla bildirib ki, peyvənd olunmayan uşaqların qızılcaya yoxulması birmənalıdır:
“Onlar uşağı poliklinikaya aparmayıblar, gizlədiblər, vaksindən yayındırıblar. Milli peyvənd təqvimiylə bütün uşaqlar zamanında konkret yaşlarda peyvənd olunmalıdır. Nəinki qızılca, sabah o uşaqlar başqa xəstəliklərə də yoluxa bilərlər. Bu gün uşaqların böyük əksəriyyəti təəssüf ki, bu vəziyyətdədir. Ona görə də biz bu durumu nəzərə alaraq təcili şəkildə peyvəndləməni həyata keçirməliyik. Valideynlər də bunu nəzərə almalıdır. Hər bir peyvənd almayan uşaq nəinki özü, ətraf üçün də təhlükə yaradır. Bunu indi zaman göstərdi. Əgər belə davam edərsə, uşaq xəstəlikləri və ölüm sayı da artacaq”-deyə professor bildirib.
Qeyd edək ki, bu gün Sabirabad rayonunda da bir yaşlı uşaq qızılcadan vəfat edib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Bu qidalar sağlamlığa zərər vura bilər

Səhər enerjili oyanmaq üçün nə etmək lazımdır?

Bu yaşından sonra beyin bədəni daha az hərəkət etməyə təşviq edir

Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib

“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib - FOTO

Vətəndaş məmnunluğunun ünvanı - “Buzovna” Fizioterapiya Mərkəzi

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı - YENİLƏNİB
