adalet.az header logo
  • Bakı -°C
08 Iyul 2015 18:25
4436
GÜNDƏM
A- A+

PROBLEMLƏRİMİZİN APOSTROFU

Bir çox hallarda işlərimizin niyə tərs gətirdiyini, nədən lazımsız peoblemlərlə qarşılaşdığımızı öyrənmək üçün baş sındırırıq. Bəzi millətlərdən inkişaf sahəsində hansı səbəblər üzündən geri qaldığımızı tapmağa çalışırq. Amma çox maraqlıdır ki, biz heç də həmişə həmin səbəbləri lazımı yerlərdə, lazımı məqamlarda axtarmırıq. Bu bir yana dursun, ən acınacaqlısı isə odur ki, problemlərimiz azaldığı vaxt özümüz özümüzə əlavə problemlər yaradıb sonra da onun həlli ilə məşğul oluruq.


Əlbəttə, bu məsələdə uzun-uzadı faktları sadalamaq istəmirəm. Yalnız bunlardan ən qlobalını, ən dəhşətlisini misal çəkib bir digərinə diqqəti yönəltmək istəyirəm. Vaxtıyla erməniləri süfrəmizin yuxarı başında oturdub, ən vacib dövlət orqanlarında işə, vəzifəyə sahibləndirib, şəhərlərimizin ən münasib yerlərində yaşamağa yer verib… qudurtduqdan (bu ifadəyə görə oxucularıdan üzr istəyirəm) sonra on illiklər boyudur boğazımıza keçən bu bəlandan qurtulmaq üçün var gücümüzülə çalışırıq. Hələ də ortalıqda bir şey yoxdu…


Təsəvvür edin, 2000-ci ili təzəcə adlamışıq, ölkə müharibə şəraitində yaşayır, ətrafımızı bürüyən saysız-hesabsız həyati vacib problemlərin həllindən ötrü çabalar göstərilir, daxildəki, xaricdəki bədxahları neytrallaşdırmaq üçün çalışılır. Bu məqamda bir məsələ gündəmə gətirlməyə başlayır: Azərbaycan dilindəki «apostrof» görülsün. Və səhv xatırlamıramsa həmin dövrlər mətbuatda bu haqda xeyli mübahisələr də aparıldı, müxtəlif iddialar səsləndirildi. Apostrofun götürülməsini istəyənlər bildirdilər ki, bəs bu işarə Azərbaycan dilini öyrənməyi, latın qrafikalı əlifbanın yazı zamanı istifadəsini və c. çətinləşdirib. Ona görə də apostrofadan qurtulmağımız lazımdır.


Bundan sonra isə əməli işləmlər başlandı. Yəni, bir müdət sonra – 2004-cü ildə Nazirlər Kabinetində təsdiqlənmiş "Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında apostrof işarəsi ləğv edildi. Mən dilçi deyiləm və bu sahənin mütəxəssilərinə də qəti şəkildə nəyisə öyrətməyi düşünmürəm. Sadəcə olaraq bir jurnalist olaraq əvvəldə dediyim kimi yeni problemlər yaratmaq adətimizlə yalnız özümüzə ziyan verdiyimizi dilə gətirmək istəyirəm.


Mütəxəssilərin dediyinə görə, əvvələr Azərbaycan dilində apostrofla yazılan sözlər təxminən 140 civarındaymış. Və ötən əsrlərin ortalarından başlayaraq bir sıra ərəb-fars tərkibli sözlərdən apostrf ləğv edildi. Onların sayı 100-ə qədər endi. Müstəqillik dövrümüzün qeyd etdiyim mərhələsində isə dilimizdəki apostrof tamamilə qaldırıldığından həmin sözlər çox qəribə bir formaya düşdü. Bə/zən (zərf) sözü oldu «bəzən» ( fel, yəni bəzənmək mənəsında). Fel, şer, şölə, şöbə və c. sözlər vurğu və məna dolaşıqlığına tuş gəldi. Bəzən isə apostrofun əvəzinə «i» yazılmaqla o sözlər, necə deyərlər, abıra salındı. Doğrudanmı dilimizin, dilçiliyin problemləri mövcud deyildi? Doğrudanmı mükəmməl bir orfoqrafiya lüğətinin hazırlanmsına ehtiyac yoxdu? Doğrudanmı bu sahədə hələ də həllini gözləyən məsələrə diqqətin yönəldilməsinə ehtiyac hiss olunmur?


Çox maraqlıdır, dünyanın qədim xalqlarından biri sayılan ingilislər «Ç» hərfini, iki – «CH» hərfləriylə, «Ş»-nı «SH» ilə yazmağa tənbəllik eləmrlər. Guya onlar özləri üçün ayrıca «Ç», «Ş» hərfləri yarada bilməzlər??? (Əcnəbi dillərdə belə örnəklər çoxdur). Amma biz bəzi sözlərimizə aydınlıq, şəffaflıq, tələffüz fərqliliyi, oxşar sözlərə məna fərqliliyi gətirən apostrofu tarixinmizn arxivinə atdıq. Hələ indi məlum olur ki, buna gərək yoxmuş (əlbəttə, nə olursa-olsun apostof əleyhdarları eyni qənaətdə qalmaqda davam edirlər).


Son dövrlər bir çox dilçi alimlərimiz, mütəxəssilərimiz yenidən apostrofun dilimzdəki bərpasının vacibliyindən söz açırlar. Tutarlı arqumentlərlə bu kiçicik işarənin gərəkli funksiyasını vurğulayırlar. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov da bildirir ki, "Apostrof işarəsi Azərbaycan dilinin müəyyən məsələlərində çox lazımdır. Apostrofun Azərbaycan dilinin latın qrafikalı əlifbasına salınmaması dildəki müəyyən məsələləri çətinləşdirib”.


Bəli, 11-12 il bundan qabaq özümüz üçün yaratdığımız çətinlikləri, problemləri həll etmək üçün yeni çalışmalara, yeni zaman sərfinə başlamalıyıq. Amma çox yaxşı olar ki, qarşıya çay gəlməmiş çırmanmayaq. Nədən başlayıb harada bitrməyi, nələrdən özümüz gözləməyi nəhayət öyrənməliyik. Apostrof hələ dəhşətli yanlışlıq deyil…