adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Dekabr 2019 12:55
41881
DÜNYA

Prezidentin İŞİD-çi cangüdəni

Bir müddət İrlandiyanınköhnə prezidenti Mary Robinson və əvvəlki baş naziri Bertir Ahernin cangüdəniolaraq işləyəndən sonra İŞİD-ə qoşulan Lisa Smith dekabrın 1-ində Türkiyədənİrlandiyaya göndərildi.

O İrlandiya ordusunda xidmət edib və 2015-ci ildəİŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Lisa Smith dekabrın 1-i gecə saatlarındaTürkiyədən deportasıya edilərək İrlandiyaya göndərilib. İrlandiyanın paytaxtıDublinə çatan kimi polislər tərəfindən saxlanılıb.

Terrorla mübarizə idarəsi tərəfindən qarşılanan vəsaxlanılar Smithin Suriyada doğulan 2 yaşındakı qızı ailəsinə verilib.İrlandiya polisi Smithin terrorçuluqda şübhəli bilinib saxlanıldığınıaçıqlayıb. Smith və övladına təyyarədə üç səfirlik işçisi, bir İrlandiya xüsusihərəkat qüvvələri mənsubu və bir də türk polisi yoldaşlıq edib.

İstintaq davam edir.

İŞİD-ə qoşulandan sonra heç bir xəbər alınmayanSmithin deportasiya olunana qədər Suriyada bir çadırda qaldığı aşkara çıxıb.

Prezidentə və Baş Nazirə yoldaşlıq etmişdi


Smithin İrlandiyaya qayıtmasından əvvəl təhlillərapararaq nəticələri yayımlayan İrlanidya mətbuatı İŞİD-li qadının ölkəyə geriqayıtmasına və istintaq zamanı suallarına geniş yer ayırıb.

İrlandiyamediyasında yer alan xəbərlərə görə Smith istintaqın ilk günü Suriyada olduğumüddətdə şiddətə qarışmadığını və İŞİD üzvü olan əri Əhmədin də 2018-ci ildəöldüyünü deyib.

Smithinİrlandiyadakı kariyerası da biraz qəribədir. İrlandiya ordusunda xidmət edən vədövrünün prezidenti Mary Robinsona və baş naziri Bertie Ahernə görüşlərdə ordumənsubu kimi yoldaşlıq edən Smithin sorğusunun 72 saata qədər davam edəcəyinibildirilib.

İrlandiyaqanunlarına görə maksimum 72 saat sorğu-sual oluna biləcək Smith daha sonra yasərbəst buraxılacaq, ya da cəzalandırılacaq.

İLK olacaq

İrlandiyada2005-ci ildə qanundakı dəyişikliklərə görə bir İrlandiya vətəndaşının hər hansıbir terror təşkilatına üzv olduğu sübut olunsa, onu 7 il həbs cəzası gözləyir.Əgər Smithin terror təşkilatında silah təlimi aldığı və şiddətə qarışdığı dasübut olunsa, 10 ilə qədər həbs cəzası ala bilər.


Əgər Smith günahkar bilinsə İrlandiyada bu bir ilk olacaq. Yəni Smith xariciterror təşkilatına üzv olmaqdan günahkar bilinən ilk İrlandiya vətəndaşıolacaq.