adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Aprel 2019 14:55
16465
DÜNYA

PREZİDENTƏ QARŞI ÇIXAN NAZİR İŞDƏN ÇIXARILDI

ABŞ prezidenti DonaldTramp daxili təhlükəsizlik naziri Kristen Nilsenin istefası ilə bağlı qərarını açıqlayıb.«DTN-ın rəhbəri Kristen Nilsen vəzifəsini tərk edir. Mən göstərdiyi xidmətə görə ona təşəkkür edirəm»- deyə Ağ Evinbaşçısı Twitter səhifəsində paylaşıb.

DTN-in vəzifəsininmüvəqqəti icrası immiqrasiya və gömrüyə nəzarət xidmətinin rəhbəri Kevin Makelinenətapşırılıb.

Nilsen özü bildiribki, vəzifəsini bir neçə gündən sonra tərk edəcək. «Bu təhlükəsizliklə bağlı işlərinpozulmaması məqsədilə mənə verilən təklifiqəbul etməyimlə bağlıdı».

Milli Təhlükəsizliküzrə Nümayəndələr Palatasının komitə sədri Benni Tompson Kristen Nilsenin daxilitəhlükəsizlik naziri vəzifəsində olmasını lap əvvəldən fəlakət adlandırıb. Onun fikrincə, sərhəd təhlükəsizliyivə immiqrasiya siyasəti Nilsenin vəzifədəolduğu müddətdə böhrana səbəb olub. Və o, Trampın miqrasiya siyasətinin əleyhinəhərəkət edib.

Tramp dəfələrlə Amerika-Meksikasərhədlərinin bağlanacağı ilə bağlı bəyanatlarla çıxış edib. Nilsen isə bunun əleyhinəolaraq prezidentin göstərişlərinə əməl etməyəcəyinibildirib.