Prezidentdən təhsillə bağlı mühüm FƏRMAN
Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq.
Adalet.az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
İndiyə qədər "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını Nazirlər Kabineti müəyyənləşdirib.
Azərbaycan prezidentinin 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın və Nazirlər Kabinetinin bu sahədə səlahiyyətləri ləğv edilib.
Digər dəyişiklik ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydaları ilə bağlıdır.
Qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib.
Nazirlər Kabinetinə bir ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Digər Xəbərlər
26 Aprel 2024 11:23
Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK
26 Aprel 2024 09:3536 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
25 Aprel 2024 17:36