Prezident Xankəndidə Pakistanın Baş naziri ilə görüşdü - FOTOLAR
İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Adalet.az xəbər verir ki, Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdi.
Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırladı. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd etdi. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırladı.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olundu, regional məsələlərə dair fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

