Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.
Adalet.az bildirir ki, dövlətimizin başçısına istehsal müəssisəsi barədə məlumat verilib.
Qeyd edək ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.
Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.
Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan və Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
28 Oktyabr 2025 16:29 Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
28 Oktyabr 2025 16:09 Ağamalı ailəsindəki qalmaqalın səbəbi bilindi - Başqa oğlu da var imiş
28 Oktyabr 2025 15:55 İlham Əliyev məscidinin təməlini qoydu - FOTOLAR
28 Oktyabr 2025 15:54 Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - FOTOLAR
28 Oktyabr 2025 12:32 Mürsəl İbrahimov iclas keçirdi - Oktyabr çağırışının gedişatı müzakirə olundu
28 Oktyabr 2025 11:53 Dövlət Komitəsi əməkdaşları üçün təlim təşkil edilib
28 Oktyabr 2025 11:32 İctimai nəqliyyatda yenilik - Avtobusların gəliş vaxtını telefonda izləmək olacaq
27 Oktyabr 2025 17:52 

Bakı -°C 






