Prezident şagird intiharının araşdırılması ilə bağlı TAPŞIRIQ VERDİ
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın".
Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
"Bu məsələnin ciddi şəkildə araşdırılmaması ilə bağlı fikirlərin əsası yoxdur. Burada söhbət məktəblinin və ailəsinin hüquqlarından gedir. Baş verən hadisə ilə bağlı indidən kimisə günahlandırmaq düzgün deyil. Azərbaycan demokratik dövlətdir. Azərbaycanda təbii ki, söz azadlığı var. Amma hadisə ilə bağlı düzgün olmayan məlumatları yaymaq hüquqları pozmaq deməkdir. Biz Azərbaycanda intihar hallarının azaldılması ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə maarifləndirici tədbirlər keçiririk. Necə olur ki, intihar həddinə çatan 8-ci sinif şagirdi ailəsindən dəstək almayıb? Düzdür, mən bu məsələdə heç kimi günahlandırmaq istəmirəm. Bu, istintaq araşdırmalarından sonra məlum olacaq. Bu cür məsələlərdə təkcə məktəbin, müəllimin deyil, valideynlərin də məsuliyyəti var", - H.Hüseynova bildirib. (Report)
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36