adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2019 15:29
16894
MƏMLƏKƏT

PREZİDENT QAYĞISININ MİSİLSİZ TÖHFƏLƏRİ VƏ NÜMUNƏVİ İDARƏÇİLİK MÖVQEYİ

"...BütövlükdəZaqatala rayonunda işlər çox yaxşı gedir, regionların sosial-iqtisadi inkişafıDövlət Proqramı icra edilir. Həm şəhərdə, həm kəndlərdə böyük quruculuq işləriaparılır. Bu Proqram bizə imkan verəcək ki, yaxın zamanlarda bütün əsas sosialvə iqtisadi məsələlər öz həllini tapsın. Tikinti işləri davam edir, sakinlər buişlərdə fəal iştirak edirlər...” 

Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin Zaqatala rayonu haqqında söylədiyi bu dəyərli fikirlər ölkəböyüaparılan böyük quruculuq işlərinin reallığını əks etdirən qürurverici nümunədir.Sosial-iqtisadi inkişafın ölkənin ən ucqar bölgələrini də əhatə etməsi,insanların rifah halının yüksəlməsi digər istiqamətlərə də işıq salır. DövlətProqramlarında qarşıya qoyulan vəzifələr, artıq hansısa köhnə bir binanın caritəmiri və ya hansısa qısa bir yolun çəkilişi kimi sadə məsələləri gündəmə gətirmir. İllərdirki, ölkə boyu nəhəng işlər aparılır. Bu tərəqqi, bu yüksəliş AzərbaycanRespublikasının adi vətəndaşından tutmuş, onun rəhbərinə kimi sevinc bəxş edir.Ölkə Prezidenti İlham Əliyev istər paytaxt Bakıda, istərsə də regionlara səfərlərizamanı ictimaiyyət nümayəndələri ilə görüşlərində ən sadə adamlarla bu sevincibölüşür, Azərbaycan Respublikasının gələcəyinin daha gözəl olacağına inandığınıbildirir. Hələ neçə il bundan əvvəl qeyri-neft sektorunun prioritet olacağınıbildirən cənab Prezidentin aparılan siyasətin nəticəsi baxımından hansı səviyyədəqərarlaşması və inkişafı göz qabağındadır. Bu baxımdan da rəhbərin özünün dəxeyli səfər etdiyi Zaqatala rayonunu nümunə göstərməsi təsadüfi deyil. Bütünbunlar bir növ Azərbaycan reallığının spektrini işıqlandırır.



Son illər həm dəZaqatalanın müntəzəmliklə mətbuat və televiziyanın diqqət mərkəzində olması daməntiqi nəticədir. Rayon göstərilən qayğı və diqqət, eyni zamanda nümunəvi idarəetməsayəsində sürətli inkişafı ilə ciddi uğurlar qazanmaqdadır. "Ədalət” qəzetiolaraq biz də vaxtaşırı bu inkişafın gedişindən yazılar dərc edirik. Bəzən bu qədimvə gözəl məkanın tarixi keçmişindən, bənzərsiz təbiətindən, ziyalılarından vəsadə insanlarından da söz açırıq. Respublikamızın çox yerlərində inkişafın,fundamental müasirləşmənin şahidiyik. Ancaq cənab Prezidentin də vurğuladığıkimi Zaqatala gerçəkliyi, Zaqatala nümunəsi indi tamam başqa ovqat yaradır.



Vətənə, xalqa,ölkə rəhbərliyinə bütün mənalarda sədaqətli olmaq, şəxsi keyfiyyətləri ilənümunə göstərmək hər bir vətəndaş, hər bir dövlət məmuru üçün şərəf məsələsidir.Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəni bu mənada təkcəregionda deyil, respublikanın əksər yerlərində yaxşı tanıyırlar. Bu səmimi, təmkinlivə ziyalı şəxsin keçdiyi ömür yolu da bunu bütün məqamlarında təsdiqləyir. Onunbaşçılıq etdiyi komanda əsl idarəetmə məktəbidir. Bütün günü rayon mərkəzinin,qəsəbə və kəndlərin həyatı, yaşamı ilə maraqlanmaq, işçiləri öz ukrasiyalarınagörə səfərbər etmək, sakinlərlə görüşmək, vaxtın imkanı daxilində yerlərdəolmaq heç də asan məsələ deyil. Üstəlik o, cənab Prezidentin nümayəndəsi vərayon rəhbəri kimi, bütün məsələlərin operativ həllinə cavabdehlik daşıdığınıhamıdan gözəl bilir.


Qəbullar, söhbətlər,kəndlərdə keçirilən səyyar görüşlər effektiv olduğundan razılıqla qarşılanır. Hərdəfə də cənab Prezidentə sonsuz minnətdarlıqlar ifadə olunur. Bu barədə söhbətdüşərkən Mübariz müəllim öz fikirlərini, münasibətini çox gözəl şərh edir:



- Siz dəbilirsiniz ki, Zaqatala rayonunun sakinləri bütün məsələlərə həssaslıqlayanaşırlar. Onlar Azərbaycanın, onun birparçası olan gözəl Zaqatalanın son illər ərzində bu qədər inkişafına,uğurlarına ürəkdən sevinib fəxr etməklə, əlbəttə ki, həmişə cənab Prezidentinmüstəsna qayğısının sevincini yaşayırlar. Bizim camaat iqtisadi yüksəliş vəmüasirləşdirmə qayğıları ilə yanaşı, o vaxtkı təbii fəlakət zamanı təcilirayona gəlib onlara arxa duran sevimli prezidentlərinin misilsiz qayğısını bəlkədə hər gün xatırlayır, ona dualar edirlər. Eyni zamanda rayondakı infrastrukturyenilikləri, rahat yollar, abad kənd və qəsəbələrin sanki bir şəhər görkəmialması, Zaqatala şəhərinin modenn inkişafı dövlətimizin, şəxsən cənabPrezidentimizin müstəsna qayğı və diqqətinin töhfələridir. Bizim də borcumuzgöstərilən bu qayğı və diqqətə, yüksək etimada layiqincə cavab verməkdir.Hamımızın vətən, xalq, ölkə rəhbərliyi qarşısında borcumuz fəaliyyətimizlə,normal həyat tərzimizlə yaşayıb çalışmaqdır...


Məzahir ƏHMƏDZADƏ