Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Adalet.az xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərait barədə dövlət başçısına məlumat verdilər.
Bildirildi ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir tələblərə uyğun təşkili təmin edilib.
Təcili tibbi yardım şöbəsində xəstələrin qəbulu, müayinəsi və müalicəsinin səmərəli təşkili məqsədilə müasir tələblərə cavab verən funksional zonalar yaradılıb. Burada reanimasiya, uşaq pediatriya sahələri, palata, tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili üçün dərmanların saxlanılması və xidmətçi otaqları var. Şöbənin müvafiq tibbi avadanlıq və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun funksional imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin səmərəli təşkilinə imkan yaradır. İlkin qiymətləndirilməsi aparılmış pasiyentlərin tibbi göstərişlərə uyğun olaraq digər müəssisələrə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları ilə təchiz edilmiş təcili tibbi yardım avtomobilləri mövcuddur.
Klinikada hazırda 70 stasionar, o cümlədən 5 reanimasiya çarpayısı var. Əlavə olaraq Təcili yardım şöbəsində 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, burada eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərmək mümkün olacaq.
Tibb müəssisəsində 2027-ci il üzrə inkişaf planı çərçivəsində ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır.
Universitet Klinikasının əsas missiyası yalnız tibbi xidmət göstərmək deyil, eyni zamanda, müasir tibb təhsili, klinik təcrübə və gələcəkdə elmi-tədqiqat fəaliyyətini birləşdirən tibb mərkəzi kimi inkişaf etməkdən ibarətdir.
Digər Xəbərlər
07 Noyabr 2026 12:55
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
07 Noyabr 2026 11:59
Ramiz Mehdiyev İsa Həbibbəyliyə vəzifə söz verib? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2026 11:40
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
07 Noyabr 2026 11:21
Dövlət başçısı Qarabağ Universitetində təməlqoyma mərasimində - FOTOLAR
07 Noyabr 2026 10:44
“Biz hər şeyin əbədi oldğuna inanırıq”
07 Noyabr 2026 10:40
"ASAN xidmət" bayram günlərində işləyəcək?
07 Noyabr 2026 10:01
Məcburi köçkün zəbt etdiyi mənzili başqasına satıb? - VİDEO + İDDİA
07 Noyabr 2026 09:10


Bakı -°C

