adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyul 2016 14:46
10535
DÜNYA

PREZİDENT KQB-nin SƏDRİNİ DANLADI

Sayın Ərdoğan Türkiyə KQB-sinin sədri Hakan Fidanı çağırıb yanına, bir-iki saat danlayıb ki, ölkədə bu boyda çevriliş hazırlanıb, bəs sən harda yatmısan ki xəbərin olmayıb?! Hakan Fidan da başınısalıb aşağı və istefaərizəsini qoyub stolun üstünə. Amma sayın cumhurbaşkanı qəbul etməyib və deyib ki, keçiddə atları dəyişmirlər.

Yadınızdadırsa,bu yaxınlarda hələ 15 iyuldövlət çevrilişindən əvvəl qardaş ölkənin KQB-si bizi xəbərdareləmişdi ki, İŞİD Azərbaycanda terrorahazırlaşır. Onda biz də yazmışdıq ki, PKKaylarla şəhərlərdə xəndək qazır, səngər qurur, silah-sursat daşıyır, binaları minalayır, bundan xəbərinizolmur, yəni özünüzə əriştə kəsə bilmirsiz, bizə umac ovursuz!

Yenə biz haqlıçıxdıq. Və hətta bizim haqlı olduğumuzu sayın Ərdoğan da təsdiqlədi!