adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Noyabr 2019 18:04
27655
SİYASƏT

Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi

Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənova vəzidə verilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Kərəm Həsənov Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncamimzalayıb.