Prezident İrana səfərə hazırlaşır
İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər: "Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik”.
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq getdiyini deyən nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.
Digər Xəbərlər
03 May 2024 16:47
XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19