adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Oktyabr 2019 15:24
9094
GÜNDƏM

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən  verilən məlumata görə, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıldı.