Prezident Esvatini Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatini təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə bildirilir:
“Əlahəzrət,
Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşmışdır. Cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü və apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.
Digər Xəbərlər
23 Oktyabr 2026 14:02
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
23 Oktyabr 2026 14:01
Hindistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi
23 Oktyabr 2026 13:37
Ceyhun Bayramov: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
23 Oktyabr 2026 13:03
Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR
23 Oktyabr 2026 12:30
Prezidentdən Fərhad Xəlilovla bağlı SƏRƏNCAM
23 Oktyabr 2026 12:19
Hərbi qulluqçuların rütbə müddətləri DƏYİŞİR
23 Oktyabr 2026 12:04
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 12:01


Bakı -°C

