Prezident: “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar”
“Biz öz torpağımızda istənilən zaman istənilən əməliyyatı apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Bizim gündəliyimizdə həm taktiki, həm də strateji addımlarımızın təsbit edilməsinin reallıq olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib:
“Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar”.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

